
Vuqar Xəzarali İmanovRial qiymətdən düşür. Belə bir sual çıxır ortaya Qərbin sanksiyaları olmasaydı, İran da iqtisadi böhran omayacaqdı mı?! Bunu aydınlaşdırmaq, keçmişdə sanksiyalar olmayan dövrdə baş verən hadisələrin misalında İran və ümumiyyətlə dünyada gələcək hadisələrin proqnozunu vermək üçün lazımdır. Beləliklə sanksiyalar. Əvvəla sanksiyalar oldu olmadı Amerikada və Avropada neftə tələbat kəskin şəkildə aşağı düşüb, istehsal dayandığına görə. Odur ki sanskiya deyilən tədbirlər əslində məcburiyyət qarşısında qəbul olunub. Bu işdən qovulanın tətil etməsi kimi bir şeydir. İkincisi, təsəvvür edək ki sanksiyalar yoxdurvə İran a neft dollaraları və investisiyalar əvvəlki tək və ondan da artıq qxıb-gəlir.
Nəticəsi nə olacaqdı?! Bəziləri elə bilir ki ölkəyə xarici valyutanın gəlməsi ölkədə ancaq müsbət iqtisadi artmla müşayət olunur. Bu həmişə belə deyil. Məsələn Azərbaycan Rspubliksasını götürək. Bizə qarşı sanksiya qəbul olunmayıb. Amma bizim əhalinin böyük bir kəsimi sanksiya altında olan İran dan ərzaq gətirməklə dolanırdı. İndi isə gözünüz aydın İrandan ərzaq gətirməyə qadağalar tədbiq olunur. Niyə çünki İranda ərzaq bahalaşır. Yeri gəlmişkən İran dan ərzaqın Azərbaycan Respubliksana gətirilməsi özü də müəyyən qədər o tayda qiymətlərin artmasına gətirmişdi. İndi isə bunlar bir az da artıb. Hətta İran sərhədində alverə nəzarət etmək üçün müəyyən işbazlar mafiya təşkil emişdilər. İrandan adambaşına ancaq müəyyən qədər ərzaq gətirmək mümkün olduğu üçün, sərhədin bu tərəfində ərzaqın tədarükü ilə məşğul olan məntəqələr yaranmışdı. Bütün bunlarla birlikdə bu ticarəti ancaq bizimkilər yapa bilirdi. O tərəfdən bura gəlmək buradan ora getmək qədər asan deyil. Gərək pul verəsən. İstənilən halda kasıb oradan bura gələ bilmir. Gəlib nə edəcəkdi ki, burada ərzaq oradan da bahadır. Deməli oradan bura ancaq nisbətən varlılar gəlirdi. Bunlar isə əsasən orta təbəqə olanlardır. Farslar və türklər. Qayıdaq əsas məsələyə. Ölkəyə investisiyaların axması, Azərbaycan misalında göründüyü kimi, onun sanksiya altında olan"İrandan" yaxşı yaşamasını təmin etmir, əksinə buradan ora alverə gedirlər. Deməli sanksiya oldu olmadı İranda böhran olmalı idi. Çünki təbəqləşmə böhran yaradır. Kəskin təbəqləşmə isə siyasi böhran. Bu isə artqı inqilab deməkdir.
Sanksiyalar əslində təbəqləşmədən və siyasi böhrandan və deməli inqilabdan İranı qoruyur. Çünki sanksiya ilk növbədə orta sinifə zərbədir, yoxsullara dövlət baxır. İndi isə orta sinif yoxsullara çevriləcək. Bu milli mənası da var. Çünki "bazarı" adlanan ticarətçi ünsür əsasən farslardan ibarətdir. İranda "bazari" fars olmayanlar əsasən Təbriz ticarətçiləridir. Deməli farsların sosial bazası olan bazari ünsürü çox güclü zərbə alacaq. Məlum olacaq ki fars adlandırılan bu "bzari" əslində talış, kürd, mazandarani, baluç və başqa xalqlardır.Sankisyalar dövlətə və şirkətlərə qarşı tətbiq olduğundan bu həm dövlət həm də özəl sektora zərbədir. Amma ölkənin sonuncu mənbəyi dövlətə sərf olunduğundan ən şox özəl sektor zərər çəkir. Bu isə xırda özəl sektorun aradan getməsinə, güclü inhisarçılığa liberal inqitisadiyyatın gətirdiyi bütün fəsadlarla müşayət olunur. İri inhisarçı şirkətlər dövlətlə birləşir. Maliyyə inhisraları ilə hərbi sektor biləşir və sairə.
Комментариев нет:
Отправить комментарий