Страницы

17.10.2012

Qəd­dafi diktator deyildi!

Asif Həsənli
Professional Oxucu Liqası

Hər ai­ləyə əlavə ola­raq hər ay 1000 dol­lar do­ta­siya iş­siz­lərə isə hər ay 720-800 dol­lar ara­sın­da kom­pen­sa­siya ve­ri­lir­di

Əmək haq­ları 1200-1500 dol­lar ci­va­rın­da olan bir öl­kə­nin zi­ya­lı­ları nə üçün in­qi­lab et­məli idi­lər?

Bəzi ana­li­tik­lər yan­lış ola­raq Li­vi­yanı Tu­nis­lə mü­qa­yisə edir, Li­vi­yada baş ve­rən­ləri Tu­nis in­qi­la­bı­nın da­vamı kimi qiy­mət­lən­di­rir­lər. Bu mü­qa­yisə həm yer­siz, həm də əsas­sız­dır. Əv­vəla, Tu­nis ge­ridə qal­mış Af­rika öl­kə­lə­rin­dən bi­ri­dir­sə, Li­viya in­ki­şaf et­miş öl­kə­lər­dən he­sab edi­lir.

İkin­cisi, Li­vi­yada so­sal tə­bə­qə­ləş­mə yox­dur, əha­li­nin mad­di tə­mi­natı qane edici sə­viy­yə­də­dir. Tə­ləbə və gənc­lə­rin hü­quq­ları və mə­na­fe­ləri qo­ru­nur, mad­di cə­hət­dən yax­şı tə­min olu­nur­lar.
Tu­nis­də isə iş­siz­lik, kor­rup­siya hökm sürür.
Li­viya əha­li­nin hə­yat sə­viy­yə­sinə, sosial-iq­ti­sadi in­ki­şa­fına görə Af­ri­kada dör­dün­cü yeri tutur.
Ru­siya Elm­lər Aka­de­mi­yası Şərq­şü­nas­lıq İns­ti­tu­tu­nun əmək­daşı, ta­rix elm­ləri na­mi­zədi, Li­vi­yada və Tu­nis­də Ru­si­ya­nın sə­firi ol­muş Alek­sey Podt­re­sov öl­kə­lər ara­sın­da mü­qa­yi­səyə to­xu­na­raq deyir:
«Tu­nis­lə Li­viya ara­sın­da fərq bö­yük­dür. Li­vi­yanı Tu­nis­lə yox, Av­ro­pa­nın bəzi öl­kə­ləri ilə mü­qa­yisə et­mək la­zım­dır. Mə­sə­lən, uzun ömür­lüyə görə bir çox şərq öl­kə­lə­rini üs­tə­lə­yir. Li­vi­yada 80 yaş orta ömür sa­yı­lır. Hət­ta ölü­mün sa­yına görə Al­ma­niya və İs­pa­niya ilə mü­qa­yi­sədə və­ziy­yət bu­rada üs­tün­dür. Li­vi­ya­nın ən mən­fi cə­həti tay­fa­lar ara­sın­dakı mü­na­qi­şə­lə­rin möv­cud ol­ma­sı­dır ki, bu da üç ta­rixi əra­zini – Tri­po­li­ta­ni­yanı, Fra­ki­yanı və Ki­renai­ki əhatə edir. Tay­fa­lar ara­sın­dakı bu mü­na­qi­şəni nə­zərə al­ma­saq, tam qə­tiy­yət­lə de­mək olar ki, Li­vi­yada sosial tə­bə­qə­ləş­mə, əmək is­tis­marı və ayrı-seç­ki­lik yox­dur. Orada aclıq, yox­sul­luq, sə­fa­lət mü­şa­hidə edil­mir. İş­siz­li­yin sayı orta Av­ropa öl­kə­lə­rin­də ol­duğu ki­mi­dir. Bə­zən 10-20 faiz ara­sın­da də­yi­şir. Sta­tis­ti­kada sax­ta­kar­lıq edən­ləri ağır cəza göz­lə­di­yin­dən sax­ta mə­lu­mat­lar ve­ril­mir. Ümu­miy­yət­lə, Li­vi­yada əha­li­nin ya­şa­yış sə­viy­yə­sini qənaət­bəxş he­sab et­mək olar».  
Bu söz­lər Li­vi­yada və Tu­nis­də sə­fir iş­lə­miş bir dip­lo­ma­tın söz­lə­ri­dir. Təbii ki, si­yasi ana­li­tik­lər sə­fi­rin söz­lə­rini təh­lil edə bi­lər­lər. Amma fak­tiki ola­raq orada ya­şa­mış və li­vi­ya­lı­la­rın hə­yat tər­zi ilə ya­xın­dan ta­nış olan bir in­san­la uzaq­da otu­rub təh­lil apa­ran hər han­sı si­ya­sət­çi ara­sın­da fər­qi gör­mə­mək də əda­lət­siz­lik­dir.
Sə­fi­rin və di­gər döv­lət rəs­mi­lə­ri­nin yaz­dıq­la­rına görə, rəs­mi döv­lət sta­tis­tik mə­lu­mat­lara əsa­sən Qəd­dafi döv­rün­də əha­liyə aşa­ğı­dakı gü­zəşt­lər və im­ti­yaz­lar ve­ri­lir­di:
Adam­ba­şına dü­şən gə­lir 14.192 ABŞ dol­la­rına bə­ra­bər idi.
Li­vi­yada tə­lə­bə­lər ayda 600 (altı yüz) ABŞ dol­ları məb­lə­ğin­də təqaüd alır, pul­suz mən­zil­lə və gün­də bir dəfə pul­suz ye­mək­lə tə­min olu­nur­du­lar.
Hər ana­dan olan uşağa bir də­fə­lik 7000 (yed­di min) ABŞ dol­ları müa­vi­nat tə­yin olu­nur­du.
16 ya­şına qə­dər uşaq­lara hər ay 180 dol­lar müa­vi­nat ve­ri­lir­di.
Ni­kaha gi­rən yeni ailə qur­muş şəxs­lər mən­zil­lə tə­min olu­nur­du­lar.
Hər ai­ləyə əlavə ola­raq hər ay 1000 (min) dol­lar do­ta­siya ve­ri­lir­di.
İş­siz­lərə hər ay 720-800 dol­lar ara­sın­da kom­pen­sa­siya ve­ri­lir­di.
Öl­kədə əmək haq­ları 500-1200 dol­lar ara­sın­da də­yi­şir­di.
Hə­kim­lə­rin və təh­sil iş­çi­lə­ri­nin əmək haq­qı 1200-1500 dol­lar ara­sın­da də­yi­şir­di.
Təh­si­lin orta sə­viy­yəsi 80 fai­zi ötüb ke­çir­di ki, bu da apa­rıcı qərb döv­lət­ləri ilə mü­qa­yisə oluna bi­lər­di. 
Qa­nun­lar da sərt de­yil­di. Yal­nız döv­lətə və döv­lət­çi­liyə qar­şı hər han­sı hə­rə­kətə, hət­ta mət­buat­da ge­dən döv­lətə qar­şı ya­zı­lara görə ağır cəza ve­ri­lir­di. Sat­qın­lıq, Və­tənə xə­ya­nət, ca­sus­lıq ba­ğış­la­nıl­mır­dı.
Yəni, Qəd­da­fini dik­ta­tor ad­lan­dı­ran­la­rın söy­lə­dik­lə­ri­nin ək­sinə ola­raq bu öl­kədə dik­ta­tura hiss olun­mur­du!..
Tə­səv­vür edin, belə bir öl­kədə na­ra­zı­lıq necə baş verə bi­lər­di?
Han­sı sosial əda­lət­si­zi­lik­dən söh­bət gedə bi­lər­di ki, buna qar­şı ümum­xalq üs­yanı baş­la­sın?
Bu qə­dər tə­mi­natı olan xal­qı üs­yana va­dar edən nə idi?
Ayda 600 dol­lar təqaüd alan tə­ləbə daha nə tə­ləb edə bi­lər­di?
Ni­kaha gi­rən ai­lə­lər öl­kədə mən­zil­lə tə­min olu­nur­du­lar­sa, on­lara daha nə la­zım idi?
Əmək haq­ları 1200-1500 dol­lar ci­va­rın­da olan bir öl­kə­nin zi­ya­lı­ları nə üçün in­qi­lab et­məli idi­lər?
Bü­tün bu sual­lara Ame­ri­ka­nın Li­vi­ya­dakı si­yasi nö­kər­ləri ca­vab ver­mə­li­dir. Amma çox heyf ki, bun­dan son­ra on­la­rın ca­vab­la­rı­nın heç bir əhə­miy­yəti və tə­siri ol­ma­ya­caq. Çün­ki gec ola­caq.
ABŞ-ın Mər­kəzi Kəş­fiy­yat İda­rə­si­nin əmək­daş­ları uzun za­man Li­vi­yada sa­bit­liyi poz­mağa ça­lış­sa­lar da, buna nail ola bil­mir­di­lər. Amma «ərəb ba­harı»nın baş­lan­ması on­lar üçün bə­hanə oldu və bu «bahar»dan is­ti­fadə edə­rək öz si­yasi məq­səd­lə­rinə nail ol­maq üçün əl­lə­rin­dən gə­ləni et­di­lər ki, Li­vi­yada ha­ki­miy­yəti de­vir­sin­lər, neft ya­taq­la­rını ələ ke­çir­sin­lər və Li­viya nef­tinə sa­hib ol­sun­lar. Son­rası isə asan ola­caq­dı.
Ru­si­ya­nın Li­vi­ya­dakı keç­miş sə­firi Vla­di­mir Ça­mov Li­vi­ya­dakı hə­yat tər­zini müs­bət qiy­mət­lən­di­rir və bəzi ça­tış­maz­lıq­ları coğ­rafi ərazi ilə əla­qə­lən­di­rir:
«Li­viya üç ta­rixi əra­zi­dən iba­rət­dir: Tri­po­li­ta­niya, Fra­kiya və Ki­renai­ki. Tri­po­li­ta­ni­ya­nın 80 fai­zin­dən çoxu və öl­kə­nin mər­kəzi his­sə­ləri Qəd­da­fini dəs­tək­lə­yir. Şərq­də isə Qəd­da­fiyə mü­xa­lif olan qüv­və­lər cəm­lə­şib. Məhz hə­min qüv­və­lər Tu­nis və Mi­sir in­qi­lab­la­rın­dan son­ra fəal­la­şa­raq NATO qüv­və­lə­ri­nin kö­mə­yinə ar­xa­lan­dı­lar və on­lar­dan hər­bi yar­dım ala­raq si­lah­lı üs­yan et­di­lər. BMT-nin Li­vi­yaya qar­şı sank­si­ya­ları və koa­li­siya qüv­və­lə­ri­nin Li­vi­yaya ye­ri­dil­məsi haq­qın­dakı qət­na­mə­ləri üs­yan­çı­ları daha da ruh­lan­dır­dı və öl­kədə və­tən­daş mü­ha­ri­bəsi alov­lan­dı. Amma bu mü­ha­ri­bəyə Li­viya xal­qı­nın heç də eh­ti­yacı yox idi. Axı, bu ölkə çox gö­zəl ya­şa­yır­dı. Əha­li­si­nin tə­mi­natı yük­sək sə­viy­yədə idi».
Bəli, bü­tün bu de­yi­lən­lər və ya­zı­lan­lar belə fi­kir yü­rüt­məyə əsas ve­rir ki, Li­vi­yada və­tən­daş mü­ha­ri­bə­si­nin kon­tur­ları Ağ Ev tə­rə­fin­dən cı­zıl­mış, üs­yan­çı­lara ma­liy­yə dəs­tə­yini də məhz Va­şinq­ton hə­yata ke­çir­miş­di.

Комментариев нет:

Отправить комментарий