Страницы

17.10.2012

Ziba Xəlil - Darıxmıram mən

Köhnə limanımız  atılıb qalmış.
Gəmilər  qaralıb deyil  sən görən.
Verdiyin  vədlər  də gəmidə yanmış.
Daha  sənin üçün darıxmıram mən.

Sənə susamışdım,  yağdı  yağışlar.
Yuyuldu  gözümdən odlu baxışlar.
Qayıda  bilmərəm, vallah, bağışla.
Daha sənin üçün darıxmıram mən.

Sevgimi  öldürdü  biganəliyin
Diqqət  gözləyərkən laqeyidliyin.
Bəlkə də darıxır mənçin ürəyin?!
Daha sənin  üçün darıxmıram mən.


Nə zəng et, nə yalvar  yolumuz ayrı.
Özün yağdırmısan baharda qarı.
Ürəyimdə yoxdu  sevgi qübarı.
Daha sənin üçün darıxmıram mən.

Nədən  gözlərimə baxammırsan dik?
Ağlayıb üzünə az göz  yaşı tök.
Nə  gəmilər  yandır, nə limanlar sök.
Daha sənin üçün darıxmıram mən.

Ziba  yeni  sevda eşqində deyil.
Azad  bir quş kimi yaşamaq- xeyir.
Ağlım da, ruhum da bu sözü deyir,
Daha sənin üçün darıxmıram mən.
Daha sənin üçün darıxmıram mən.

Qapım açıq

 Tuk, tuk...
-Qapım açıq sözü üzə deyənlərə.
Tuk, tuk...
-Qapım açıq özünü öyməyənlərə.
Tuk, tuk...
- Qapım açıq, vicdanın satmayanlara.
Tuk, tuk...
-Qapım açıq, pula satmayanlara.
Tuk, tuk...
- Qapım açıq şərəfin qoruyanlara.
Tuk, tuk...
- Qapım açıq naqisdən qorxmayanlara.
Tuk, tuk...
- Qapım açıq haqq səsin boğmayanlara.
Tuk, tuk...
- Qapım açıq, qapım açıq.
-Gəlin qapı açıqdı ki.
Ahh, deyəsən qapıda bir kimsə qalmadı ki...

Göylərin ziyafəti

Ulduzlardan plov süzdüm.
Ayı da  qoyum başına.
Payız  kimi səndən küsdüm.
Gəlmədin qonağlığıma.

Gəlmədin şirə içməyə.
Buludların göz yaşından.
Yarpaqlar özün atırdı.
Qoca  çinarın qaşından.

Acmısansa  dön geriyə.
Kabab çəkmişəm doludan.
İştahanı  itirmə, gəl!
Qorxuram dolu  əriyə.

Qala Günəş  təndirini.
Kündəliri  yapım yenə.
Yandırmamaq üçün məni .
Dumanı  sarı  əlimə.

Fikrini dəyiş də, qayıt.
Təbiətin bayramına.
Çiskin  ürəyimi ovut .
Qayıdaq  səma yanına.

Göylər  ziyafət verəcək.
Bu gecə hər ikimizə.
Bir bulud ulduz çəkərək
Yeyərik  ləzzətimizə.

Комментариев нет:

Отправить комментарий