Страницы

18.12.2012

Atatürkün arxasında sovet generalları

Qan Turalı

Atatürkü sizə hər zaman bir milliyyətçi kimi göstərdilər.
İndi isə mən sizə başqa bir şeyi deyəcəm.
Türkiyədə olmusansa, deməli, İstanbulda olmusan.
İstanbulda olmusansa, deməli, Taksimi də görmüsən.
Mən çox sevdim Taksimi.
İstanbulda qaldığım iki həftə boyunca hər gün gedirdim orda.
Və hər zaman Taksim Cümhuriyyət Abidəsinin yanında polis postu görürdüm.
Abidə hasarlanmışdı, içəri girməyə icazə verilmirdi.
Burda adətən sol qruplar aksiyalar keçirdir.
Gözüm də zəif olduğuna görə uzaqdan görə bilmirdim abidəni.

Bu yaxınlarda öyrəndim o abidəyə kimlərin həkk olunduğunu.
Dövlət təkcə polislə qorumurdu o abidəni.
Tarix kitablarından belə 1950-lərdən (Türkiyə NATO-ya girdiyi zamanlardan) sonra o abidədəki insanların kim olduğunu deyilmirdi, yazılmırdı.
Abidənin fotosunu görürsünüz.
Ən öndə Atatürkdür.
Sağında sonradan Türkiyənin baş naziri olan İsmət İnönü.
Atatürkün solunda isə admiral Fevzi Çakmak.
Nazım Hikmət məhz onun təşəbbüsü ilə 10 il zindanda yatmışdı.
Böyük şairi guya “dənizçiləri üsyana təhrik etmək” adıyla zindana atılanda Dəniz qoşunlarının komandanı idi Çakmak.
Keçək arxada duranlara.
Onların kim olduğunu yazıram:
Atatürkün arxasında solda dayanan Voroşilovdur.
Marşal Voroşilov ömrü sürgünlərdə keçmiş bir inqilabçı idi. Ukrayna Qızıl Ordusunun qurucusu idi. 15 il SSRİ-nin müdafiə naziri olmuşdu. İkinci Dünya müharibəsində göstərdiyi şücaətə görə marşal rütbəsi aldı. Politbüro üzvü də olmuşdu.
Bəs nəydi onu bu heykələ qədər gətirən?
Voroşilov Qurtuluş Savaşı illərində Türkiyəyə göndərildi.
Döyüş planlarını, müharibə taktikasını müzakirə etmək üçün.
Voroşilovun peşəkar bir hərbçi kimi Qurtuluş savaşına dəstəyini Atatürk unutmadı.
Frunze isə 1921-ci ildə Ankaraya gəlmişdi. Atatürklə çox yaxın idi. Döyüş meydanlarını birgə gəzmişdilər.
Sovet dövlətinin bu dəstəyini heç zaman unutmayan Atatürk 1928-ci ildə türk və italyan heykəltəraşların birlikdə düzəltdiyi bu abidəyə rus generallarının da daxil edilməsini istəmişdi.
İllər keçəcək, bu generalları adı abidə ilə bağlı məlumatlardan çıxardılacaq, gerçək 2002-ci ildə ortaya çıxacaqdı.
O zamana qədər isə solçu gənclər qanına bələnəcək, solçu olmaq “Moskvanın iti” olmaq sayılacaqdı.
Mitinqlərdə “kommunistlər-Moskvaya” şüarı səsləndirəcəkdi.
Bütün bunları deyərkən bir də “atatürkçü” olduqlarını deyəcək, Atatürkün arxasında dayanan sovet generalları haqqında heç kim danışmayacaqdı.

news.lent.az

Комментариев нет:

Отправить комментарий