Страницы

06.12.2012

Məhkəmədə hakimdən şok dua

Bu gün tanınmış ruhani Hacı İlqar Əliyevin məhkəməsi keçirilib

İslamazeri.az prosesdən geniş reportajı diqqətinizə çatdırır.
Bu gün məhkəmə haqqında bölgə dindarları xəbərdar idilər. Bu səbəbdən Cəlilabad rayon məhkəməsinin qarşısına Cəlilabad rayon və yaxın ətraf rayonlardan məhkəməni izləmək üçun çox sayda dindar və ruhanilər toplaşmışdı.
Nəhayət saat 17:20-də Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərovun sədrliyi ilə məhkəmə prosesi keçirilib. 18 dəqiqə davam edən prosesdə şahid qismində Cəlilabad R.P.Ş-nin ictimai asayiş bölməsinin rəisi Asif İmanov dindirilib.

Vəkil Tağı İbrahimov çıxış edib. Vəkil, ötən məhkəmələrin birində baş verən bir məsələni xüsusi qeyd edib: “Ötən məhkəmələrin birində hal şahidi qismində dindirilən Ramin adlı şəxs bildirdi ki, məni Asif adlı polis gəlib evimdən öz maşını ilə götürüb gətirdi polis şöbəsinə ki, sən bir nəfərin üzünə duracaqsan. Bunun sözundən belə çıxır siz onu əvvəlcə də tanımısız və onu hal şahidi kimi istifadə etmək üçün polis şöbəsinə gətiribsiz. Qeyd etməliyəm ki, hal şahidləri təsadüfi şəxslər olmalıdı”.
Asif vəkilin sualına cavab olaraq deyib: Mən Ramin adlı şəxsi polis şöbəsinə nə üçün gətirdiyimi xatırlamıram.
Bu zaman ruhani Hacı İlqar üzünü Asifə tutaraq deyib: “Ötən məhkəmədə Ramin sənin adını verib dedi ki, məni Asif ağ maşınla gəlib evimdən götürüb polis şöbəsinə gətirdi”.
Asif İmanov özünü saxlaya bilməyib əsəbi halda cavab verib:“Ramin yalan deyir men heç kimi hal şahidliyi üçun gətirməmişəm. O vətəndaşdı. O hər söz deyə bilər”.
Hacı İlqar isə yenə Asifə üzünü tutaraq deyib: “Mənim şahidim də, hakimim də, vəkilim də Allahdı. Allahdan qorxmursan?”.
Hacı İlqar daha sonra üzünü hakimə tutaraq deyib: “Bu Raminin düz deyib-deməməsini siz nə üçün araşdırmırsız? Bu nə vaxta qədər camaatın üzünə durub yalançı şahidlik edəcək? Burdakı məhkumların çoxunun üzünə bu Ramin durur. Başqa, təzə yalançı şahidlər tapa bilmirsiz? Bir Allah şahiddir Raminlə Asifin yaxın əlaqəsi var. Xahiş edirəm bu məsələni də araşdırasız. Bundan əlavə istəyirəm ki, siz bir məsələyə də diqqət edəsiz və araşdırasız ki, Oqtay Səfərov adlı polis narkotik vasitəni hardan əldə edib və mənim cibimə qoyub”.
Hakim Hacı İlqarın bu məsələ haqda fikirini dinlədikdən sonra bildirib ki, hal hazırda Cəlilabad rayon prokrorluğunda bu məsələni araşdırırlar. Vəkil Taği İbrahimov vəsatət qaldıraraq hakimdən istəyibki Ramin adlı hal şahidi yenidən məhkəməyə dəvət olunsun və yenidən dindirilsin. Bununla bərabər ötən məhkəmədə adı halanan Cəlilabad rayon polis şöbəsinin rəis müavini Səfər də məhkəməyə dəvət olunsun.
Hakim Əliəjdər Ələkbərov Vəkilin qaldırdığı vəsatəti qəbul edəndən sonra novbəti məhkəməni dekabr ayının 5-nə təyin etdiyini bildirib.
Qeyd edək ki, hakim növbəti məhkəmə prosesini elan etməmişdən əvvəl dediyi cümlələr məhkəmə iclasında olanları çox təəccübləndirib. O üzünü Hacı İlqara tutaraq deyib: “Allaha and verirəm İmam Hüseynə (ə) sənin qapını açsın”.

Комментариев нет:

Отправить комментарий