Vasif
Əlihüseyn “TEZ-BAZAR”da
- Özünüzü
2 sözlə təqdim edin.
- Gənc
yazar.
- Sizi necə təqdim edəndə razı
qalırsınız?
-
AYB-nin üzvü.
- “Mən kiməm?” sualına necə cavab
verirsiniz?
-
Vasif Əlihüseyn.
- Dost…
- Həm bəy, həm də xanım
dostlarım var.
- İlk sevginiz?
- Olub.
- Filologiya.
- İstifadə etdiyiniz nəqliyyat növü?
- Avtobus.
- Sevdiyiniz maşın markası?
- Mercedes.
- Sevdiyiniz brend?
- O, haqda fikirləşməmişəm.
- Sevdiyiniz saç düzümü?
- Qısa.
- Sevdiyiniz rəng?
- Qara.
- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Türkiyə, Moskva.
- Sevdiyiniz yemək?
- Yarpaq dolması.
- Ən çox istifadə etdiyiniz söz?
- Nə?
- Leksikologiyanıza yad olan söz?
- Acizlik.
- Sizi nə həyacanlandıra bilər?
- Yad nömrədən gələn zəng.
- Ən çox sevdiyiniz kitab?
- Robinzon Kruzo.
- Ən çox sevdiyiniz yazar?
- Anar.
- Ən çox bəyəndiyiniz ifaçı?
- Qədir Məmmədov.
- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Klassi . Skripka ifaları.
- Özünüzdə qeyri-adi istedad hiss
edirsizmi?
- Bəli, məncə şairlər Allaha ən
yaxın adamlardı.
- Mənfi xüsusiyyətiniz?
- Əsəbiyəm.
- İdeal insan necə olmalıdır?
- Savadlı.
- Özünüzü ideal insan hesab
edirsizmi?
- Xeyr.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Yalan.
- Həyat fəlsəfənizi ifadə edin.
- 30 yaşa kimi, müəyyən mövqe
tutmaq.
- Siz xoşbəxtsinizmi?
- Bəli.
- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Var.
- Hər şeyin sonu üçün əvvəlinə
münasibətiniz necə olur?
- Özümü qınayıram, tələsdiyim üçün.
- Ölüm niyə ölmür?
- Allahın qoyduğu qanundur.
- Dinlərə münasibətiniz?
- Bütün dinlər müqəddəsdi, amma dini
kitablar oxumuram.
- Kimdən və nədən xilas olmaq
istərdiniz?
- Yalançı adamlardan, bir də kirayə
yaşamaqdan.
- Falçıya inanırsızmı?
- Xeyr.
- Daş olmaq yaxşıdır, yoxsa
daşlaşmaq?
- Daşlaşmaq.
- Sevinciniz nə qədərdir?
- Kədərimdən çox az.
- İnsanların hansı xüsusiyyətlərinə
dəyər verirsiniz?
- Sadəliyinə.
- Bağlayıcılardan çoxmu istifadə
edirsiniz?
- Bəli.
- Çayı içmək ürəyinizcədir, yoxsa
keçmək?
- Çayı içmək.
- Gülməyi xoşlayırsız, yoxsa
güldürməyi…
- Güldürməyi.
- Mənə sualınız.
- Nə?
Tural
Balabəyli
Комментариев нет:
Отправить комментарий