Страницы

09.12.2012

Onun adı Sürəyyadır

MİRBAĞIR

Sürəyyanı daşlamaq filminə baxdıqdan sonra bir anın içində yazılmış şeir...
     
İbrahim Fərhadoğluna, İbrahim Selə və Əsəd Qaraqaplana

Haqq  həmişə  təklənir,
döyülür, kötəklənir...
Öz içində yaşlanır,
Aşağılanır, daşlanır,
ama, bir  müddət sonra
o, haqq idi – deyilməyə  başlanır...
Ey, bir  Tanrı haqqına  daş  atmağa gedənlər,

Öz kötü inancını yaşatmağa gedənlər,
Onu  köyün  gözlərində alçaldıb
Ulu Tanrı  dərgahında ucaltmağa  gedənlər...
Bədənlərinə  deyil, imanlarına  zinakarlıq edənlər.
Sizin  Allahınız  varmı?
Bir məsum, günahsız  insan belə  dərdə  qoyularmı?
Allah  daha dözməyib  sizin  bu  vəhşiliyə,
Gecə - gündüz  ağlasa  etdiyiniz  əməllərin cinayəti  yuyularmı?
Ey, adına  molla  deyib  şəhvətinə  yıxılan
Artıq, oyan  yuxudan...
İnsanlığa zərbədir  söylədiyin  təkliflər
Adi  bir  həvəs  deyil...
Körpə - körpə  qızları  özünə  arvad  etdin,
Hələ  sənə  bəs  deyil.
Günahsız  bir  gəlinə  ruhun  tək  qara  yaxıb
İnandırdın  hər  kəsi.
Və beləcə  yarandı  o qatilllər  dəstəsi...
Bir  tifili  öldürüb  adın  qəhbə  qoydunuz
Heç  olmasa  bunca  il,
Etdiyiz  qəhbəlikdən, çirkinlikdən  doydunuz?
Gözlərinin  önünə  şeytan  pərdəsi  düşən,
Canilər  dəstəsindən
Bunu  gözləmək  olmaz.
Artıq, hər  şey bəllidir daha  gizləmək  olmaz...
Sonun  yaxşı  oldumu
Ey, bir  mutlu  son  cızan,
Öz həyat  yoldaşını  daş-qalaq  edən  dəli?
Sonumuz  bəlli  olmaz, bu, bir  qanun  deməli.
Adın  belə  unudulub, varlığınsa  boş  röyadır.
 O, isə həp  yaşayacaq, sənin  adın can  oğrusu
Onun  adı  Sürəyyadır...

Комментариев нет:

Отправить комментарий