Страницы

10.12.2012

Poseydon

Türkan Zamanova

Gecə
yuxuda
ləpələrin pıcıltısından
kipriklərimlə gözlərimə yazıram
ömrümün sonrakı ssenarisini ...
Keçmişimi boğuram
bu ana qədər
eşitdiyim bütün səslərimdə, nəfəslərimdə...

Bu günahsız qatilin
eşitdiyi hər səs dalğalar
gördüyü hər yer dəniz

yalnız dəniz
yalnız...
Ürək istədiyini görərmiş...

İtmiş özlərini yox
sözlərini axtaran
balıqlarla zəngin dəniz,
“məkansız”, “zamansız”, “sabahsız” dəniz...
Balıqlar susanlardan çox danışarmış...

Odun belə təslim olduğu dənizdə
sönmək istəməyən balıqlardan
mən uzaq.
Oyatma əfəndim
gözlərim yumular
yanaram...
Daha səhərlər
məndən uzaq....

GƏMİ

Bir gəmi yola düşər
sahilsiz dənizdən....
Sərişinləri yalnız
xəyal və ümiddən ibarət gəmini
kapitan icazəsiz  idarə edər
və buna ehtiyac da bilməz...

Gəzər
heç kimin
bilmədiyi
dünyaları
sərhəd tanımadan...

Gəzər
müharibələrin oyun
ölümün əyləncə
olduğu yerləri
qorxmadan, usanmadan...

“O” -na görə “o”-nunla
mübarizə aparar.
xəyal və ümiddən
sevinc, xoşbəxtlik yaranar.
Artar gəminin sakinləri...

Bir kapitan yola düşər
tufanlı dənizdən...
uşaq təbəssümündə
nifrət, qəzəb ölər
baxışlarına bürünüb
bədbəxtlikdən qorunmaq olar....

Və icazəsiz idarə edər gəmini
Və heç buna ehtiyac da olmaz...

Комментариев нет:

Отправить комментарий