Страницы

20.12.2012

Xanım Əzizova - Səni gözlər

Gözlərimdə donan üfiqlər səni gözlər, səni gözlər,
Səni məndən ayrı salan, sonsuz yollar səni gözlər
Ürəyimdə qalan kəlmə yol alıbdı sənə sarı,
Üzmə məni gəl sevgilim, haray səsim səni səslər.
Ayağına dəyən daşlar, sevərkən süzülən yaşlar
Sənsizliyə söykənəcək... uzat mənə əllərini,
Sevən ürək gözləyəcək.
Pərvanəni oda saldın, saf məhəbbətin azaldı,
Səni uzun yollar aldı, eşqim mənim harda qaldın?
Rüsvay oldu xəyallarım, lap alçaldı duyğularım
Yarım qaldı arzularım, hardasansa tez geri gəl
Dönsün mənə yuxularım.
Yarımçıqdı sevda yolu, xəyanətdi toxum dolu
Qəlbimizə yağan yağış, yuya bilməz günahları
Gəl bağışla,unutmadım olanları...
Sevdin məni başqasında, qaldın yolun ortasında,
Hec demədin sonrasında, unudaram,vaz keçərəm,
Demərəm heyif illərə, uçaram sevən qəlblərə.

Комментариев нет:

Отправить комментарий