İsmayıl Cəmili
Ayırdılar yol yarıya çatmadan
Ayrımçılar yolumuzdan bizləri
Bir düz yolun düzlüyünə varmadan
Əyri yolun bitirdilər özləri
Biz güvəndik düz inama düz yola
Bir baxmadıq tələ quran sağ, sola
Çatdırmadan yolu başa qol-qola
Bizə düşmən gostərdilər bizləri
Alçaqları şişitdilər dağ oldu
Məzarları bəzədilər bağ oldu
Biz qara gün, kömür üzü ağ oldu
Yenə bizi görənmədi gözləri
Düşünmədən yol kimindir atlandıq
Bizə qənim olanlarla yollandıq
Yarı yolda yoldaşlara talandıq
Axtaranda dönümlərdə düzləri
Bir gün başa çatacaqdır ayrılıq
Yubansa da gələcəkdir azadlıq
Bölünsək də talansaqda biz varıq
Kül altında saxlamışıq közləri
Комментариев нет:
Отправить комментарий