Səadət Əliqızı
Üç sata yaxın idi ki, beləcə oturmuşdu, səssiz – səmirsiz. Qarşısındakı külqabı ağzına qədər siqaret kötükləri ilə dolmuşdu. Barmaqlarının arasındakı siqaretin tüstüsü , burula-burula burnunun qabağından üzüyuxarı qalxırdı. Tüstünün təsirindən qıyılmış gözləri bir nöqtəyə zillənib qalmışdı .
Tək-tənha idi.Yalnız evdə deyil həyatda da . Yavaş-yavaş ondan uzaqlaşmış dost tanışlardan sonra üç gün əvvəl arvadı da onu tərk edib getməsi, onu düşüncələrə qərq etmişdir .
Amma yenədə əzazil kinli olduğunu qəbul etmirdi.
O , sadəcə yalana nifrət etdiyini , ona haqqsızlıq edənlərə qarşı amansız olduğunu deyirdi . Ürəyinə yığılmış kin-küdurət, O qədər çoxalmışdı ki , partlamağa hazır idi.
Nədənsə gözünün önünə bir neçə gün əvvəl , təcürübə üçün labaratoriyaya gətrilmiş əqrəb gəlirdi . Quyruğu az qala belinə qədər qatlanmış əqrəb . Şüşə qutuda tək- tənha qalmışdı əqrəb . Ora-bura vurnuxub özünü şüşə divarlara çırpırdı . Quyruğunun ucundakı yetişmiş zəhərini tökməyə yer axtarırdı. O , isə hələdə otaqda dumanlar içində oturmuşdu .
Özü haqqında deyilən sözləri beynində dönə-dönə səsləndirirdi : - Sən bağışlamağı bacarmırsan . Ürəyun xaindir . Bu qədər kinli olma , özünü məhv edərsən . O, isə qətiyyətlə razılaşmır ,onun haqqında deyilən bu fikirləri yaxına qoymurdu . Heç kəsin onu başa düşməməsinə yanıb yaxılırdı .
Barmaqlarının arasındakı siqaret yanıb qurtarmaq üzrə idi .
Yenə əqrəb. Durmaq bilmir , tənhalıqdan çatlamaq üzürə idi. Belinə qdər qatlanmış quyruğunun ucundakı zəhər yerikləyirdi . Birdən əqrəb böyrü üstə düşdü. Ayaqlarının havada sonuncu titrəməsindən sonra sakitcə uzanıb qaldı . Onun quyruğu belinə sancılmışdı.
Bu an o, barmaqlarında dəhşətli göynərti hiss etdi . Barbaqlarının arasındakı siqaret yanıb qurtqrmışdı. Közü barmaqlarına dirənmişdi .

Комментариев нет:
Отправить комментарий