Страницы

07.03.2013

“Bu xəstəliklər 20-30 il əvvəl ABŞ tərəfindən sınaqdan keçirilib”

ABŞ Venesuela prezidenti Hüqo Çavesin ölməsini hamıdan fərqli şəkildə qarşıladı. Ən azından Çavesin həyatını itirməsindən sonra  Latın Amerika ölkəsi üzərində nüfuz müharibəsi aparan Rusiya ilə ABŞ-ın şərhlərinə diqqət yetirək.
Çavesin ölümü ilə bağlı Rusiyanın adından ilk rəsmi şərhi Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin verdi. O, Venesuela liderinin həyatını itirməsini “faciə” hesab etdi. Rusiyadan fərqli bir üslubdan yararlanan ABŞ isə “Venesuela tarixində yeni bir səhifə açılır”, - mesajını verdi. ABŞ-ın bu mesajı isə Çavesin ölümünə görə, günahkar axtarışında olanları başa düşməyə imkan verir. 

Venesuelanın vitse-prezidenti Nikolas Maduro H. Çavesin xəstəliyinin arxasında “Venesuelanın əzəli düşmənlərinin” etdiyi gizli işlər olduğunu iddia etdi. Venesuela prezidentinin özü də müalicə aldığı dövrdə cənubi amerikalı liderlərin bir-birinin ardınca xərçəngə tutulması ilə bağlı maraqlı bir iddia ortaya atmışdı. Bu vəziyyətin “son dərəcə qəribə” olduğunu ifadə edən Çaves ABŞ-ın "xərçəngi yaymaq üçün yeni bir texnologiya hazırlamış ola biləcəyini”, - söyləmişdi. 
Ümumiyyətlə, sui-qəsd nəzəriyyəsi kontekstində bir sıra liderlərin ölümünə və ya buna məruz qalmasına nəzər salsaq, belə bir faktın olması ehtimalı daha da güclənir. Təbii ki, sui-qəsd silahdan açılan atəşlə, partlayışla, yaxud da yeməyə, paltara yeridilən zəhərlə edilibsə, qatillərin izinə düşmək də asanlaşır. Amma dünyada heç bir iz buraxmayan öldürücü silahlar var bu silahların yalnız Qərbdə-ABŞ və İngiltərədə olduğu deyilir. Kimsə, H. Çavesin məhz ABŞ-ın agentləri tərəfindən öldürüldüyünü iddia etsə də, bunu sübut etmək müşkül məsələdir. Məhz buna görə də ABŞ Venesuela liderinin iddialarına reaksiya verərəkən bu iddiaları “mənfur və qorxunc” olaraq xarakterizə etmişdi. 

ABŞ H.Çavesi niyə öldürə bilərdi?

Çaves siyasi baxışlarına görə, solçu olub. O, Kuba, Nikaraqua, Ekvador və Boliviyaya rəhbərlik edən solçu-kommunist liderlərlə ciddi dostluq edib. Bununla belə, o, Liviya lideri Müəmmər Qəzzafiyə rəğbət bəsləyib, İran prezidenti Mahmud Əhmədinejada ehtiram göstərib. Venesuela ABŞ-ın düşməni sayıla biləcək Kubaya hər cür yardım edir, İranın nüvə məsələsində birmənalı olaraq Tehranın yanındadır, ABŞ-ın strateji müttəfiqi olan Gürcüstandan birtərəfli şəkildə ayrılan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Demək çətindir ki, bütün bunlar Venesuelanın öz maraqlarına nə dərəcədə cavab verir.  Hər halda atdığı addımların hamısı ABŞ-ın əleyhinə yönəlib. Çaves ən başlıcası  Cənubi Amerikada dollara rəqib olaraq Bolivar Pul Sistemini gündəmə gətirmişdi.
Cümşüd Nuriyev qeyd edir ki, dollara alternativ hansısa bir pul vahidi gündəmə gətirilirsə,  ABŞ həmin pulu gündəmə gətirən adamların məhvinə çalışır:
“Çaves də Cənubi Amerika üçün vahid pul sistemi, bolivarı gətirmək istəyirdi. Müasir elm o qədər inkişaf edib ki, hazırda istiqamətlənmiş şüalardan istifadə olunur. Həmin istiqamətlənmiş şüalarla istənilən xəstəlik törətmək mümkündür. Bu məsələdə ABŞ kifayət qədər professionaldır. Bizdə indi olan xəstəliklər 20-30 il bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən sınaqdan keçirilib. İstər infeksiya xəstəlikləri, istərsə virusların yoluxdurulması, istərsə də xərçəng kimi xəstəliklərin yoluxdurulması. Tamamilə o fikirlə razıyam ki, ABŞ-ın siyasətini qəbul etməyənlərin, daha doğrusu onun maliyyə, iqtisadi maraqlarına toxunan istənilən dövlət cəzasıq qalmır.
SSRİ rublu gündəmə gətirəndən sonra Qərb sovet hökumətinin dağıdılmasına qərar verdi. Ondan sonrakı 20 il ərzində SSRİ-ni dağıda bildilər. İngiltərənin birdən-birə Avropa Birliyindən çıxmasının əsas səbəbi də məhz avronun dolların üstündə olmasıdır. Hazırda dörd aparıcı pul vahidindən funt-sterlinqdən sonra ən bahalısı avrodur. Avropa İttifaqının dağıdılması üçün plan işləyir. Görəcəksiniz ki, yaxın beş ildə Avropa Birliyi çökəcək. Onsuz da üzv 27 ölkədən yalnız 17-i avro ilə işləyir, 2015-ci ildə İngiltərə də qurumdan çıxmaq istəyir. Digər ölkələrin avro ilə işləməsini qoymayan da məhz ABŞ-dır. Hal-hazırda bütün dünya dövriyyəsində 60 trilyon dollar var, halbuki ABŞ-ın özünün resursları 30 trilyonu keçmir.  Yəni, bu pullar adicə kağızdır, onların arxasında heç bir zəmanət yoxdur. Bu zəmanəti olmayan pulu dövriyyədən çıxarmaq istədikləri üçün ABŞ onları cəzalandırır. Bu iqtisadi cəhətdən kifayət qədər əsaslandırılmış bir yanaşmadır. ABŞ dünyanı dollarla idarə edir və təbii ki, onu əldən verməməyə çalışacaq.  Çaves də ABŞ-ın məqsədləri çərçivəsində növbəti qurban oldu. Onun arxasınca Boliviyanın prezidenti gələcək, daha sonra Kubanı onların əlindən alacaqlar. Kubanın xarici borcu 25 milyard dollardan çoxdur”.
Ekspert hesab edir ki, bütün hallarda Cənubi Amerikada baş verənlər ABŞ Milli Kəşfiyyat İdarəsinin nəzarətindədir: “Burada ABŞ-ın maraqlarına xidmət etməyən bütün liderlər cəzalandırılacaq”.

Ömər Əmirov           publika.az

Комментариев нет:

Отправить комментарий