Страницы

14.03.2013

Peyvəndlərin tərkibi ilə bağlı qorxunc iddia

Uşaqlara  vurulan peyvəndlər  onların saxlamlığına təhlükə yarada bilər

"Azərbaycanda ağır metalları yoxlayan laboratoriya var, amma kağız üzərindədir"

Səhiyyə Nazirliyi ilə “Qarabag Əlilləri və Veteranları Cəmiyyəti” İctimai Birliyi Nəsimi rayon təşkilatının rəhbəri Əhməd Rəhmanov arasındakı məhkəmə davası davam edir. Bu barədə  Ə.Rəhmanov özü məlumat verib.
Peyvənd vurulduğu üçün azyaşlı uşağında autizm xəstəliyi yaranan Ə.Rəhmanov nazirliyi məhkəməyə versə də, ilkin instansiyada uduzub: “Nəsimi Rayon Məhkəməsi iddiamı təmin etmədi. İndi qərarı gözləyirəm ki, alıb Apelyasiya Məhkəməsinə müraciət edim”.
Qeyd edək ki, Ə.Rəhmanovun 2008-ci il təvəllüdlü oğlu Rəfaelin Suraxanı rayon Bülbülə kənd poliklinikasında vurulan peyvəndlərdən sonra səhhəti kəskin pisləşib.
Psixi geriləmədən sonra “ata, ana, baba” və sair sözləri deyən balaca uşaq tamamilə susaraq ünsiyyətdən yayınıb. Çoxsaylı həkim müayinəsindən sonra bəlli olub ki, peyvəndin tərkibindəki ağır metallar və sair elementlər uşaqda autizm xəstəliyi yaradıb. Həmin ildən həm peyvəndlərin tərkibinin müəyyənləşdirilməsi, həm də uşaqlara ciddi müayinə olunmadan peyvəndlərin vurulması kampaniyasını həyata keçirən Səhiyyə Nazirliyinə qarşı qanuni yollarla mübarizə aparan Əhməd Rəhmanov eyni zamanda illərdir övladının müalicəsi ilə məşğuldur.
Ə.Rəhmanov deyir ki, peyvəndlərin kimyəvi tərkibi haqqında rəsmi məlumat almaq üçün bir çox rəsmi instansiyalara yazılı müraciət edib: “Lakin uzun yazışmalardan sonra məni Suraxanı Rayon Səhiyyə İdarəsinə çağırıb, qeyri-rəsmi formada bu peyvəndlərin içərisində olan yaddaş kağızlarını verdilər və mənə məsləhət gördülər ki, başımı ağrıtmayım. Bundan sonra özümün apardığım kiçik araşdırmadan məlum oldu ki, peyvəndlərin tərkibindəki ”Timerasol\" (orqanik civə) maddəsi sovet dövründə istifadə olan peyvəndlərə nisbətən 2 dəfə artırılıb. Belə ki, əgər bu vaksin birdəfəlik dozada deyil, bir neçə dəfə istifadə oluna bilən qablarda qablaşdırılıbsa, onun tərkibindəki civə Dünya Səhiyyə Təşkilatının göstəricilərinə görə normadan 35 dəfə çoxdur. Vaksinin tərkibində ağır metalların çox olmasına səbəb isə Hindistanda istehsal olunan vaksinlərin 2 il müddətində qalması üçün tərkibinə konservant maddələrin, yəni ağır metalların vurulmasıdır. Hazırda mənim 4 yaşlı oğlumun qanında ağır metalların miqdarı normadan 16 dəfə çoxdur. Bu xəstəliyin səbəbi mənim oğluma bir dozalı “Timerasol” deyil, ötən əsrin 20-ci illərində icad edilmiş və bu vaksinin qabaqcıl ölkələrdə istifadəsinin qadağan olunduğu və onun yarada biləcəyi fəsadları əvvəlcədən bilərək həmin vaksinin oğluma qəsdən vurulmasıdır. Mən də bu və ya digər səbəbləri nəzərə alaraq, Səhiyyə Nazirliyini məhkəməyə verdim. Nazirlikdən mənəvi ziyan kimi simvolik olaraq bir manat, oğlumun müalicəsinə indiyədək xərclədiyim 5 beş min manat vəsaitlə bərabər, həm də həmin peyvəndlərin dövriyyədən çıxarılmasını tələb etdim. Lakin iddia ərizəmə aidiyyəti üzrə baxan Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinov iddiamı rədd edən qətnamə çıxardı. Məhkəmə prosesində elə hallarla üzləşdim ki, bir vətəndaş, bir iddiaçı kimi heyrətə gəldim. Vəsatət verərək məhkəmədən övladımın Səhiyyə Nazirliyinə ekspertizaya göndərilməsini xahiş etdim. Məhkəmə istəyimi kağız üzərində qəbul etdi. Ancaq praktik həyata keçirmədilər. Son nəticədə isə ekspertiza və nazirliyin laborator analizi təqdim olunmadan hakim qərarını qarşı tərəfin xeyrinə verdi\".
Rəhmanov onu da deyir ki, məhkəmənin gedişi ərəfəsində Səhiyyə Nazirliyindən ona kömək təklif olunub: “Məni nazirliyə dəvət etdilər. Görüşdə dedim ki, mənə oğlumun qanında ağır metalların miqdarını öyrənmək və başqa bir neçə analiz lazımdır. Sənədlərə baxandan sonra dedilər ki, Azərbaycanda ağır metalları yoxlayan laboratoriya var, amma kağız üzərindədir”. Qeyd edək ki, bu tip peyvəndlər üçüncü tip - inkişaf etməkdə olan ölkələr üçün məsləhət görülür.
Peyvəndlərin tərkibi ilə bağlı açıqlanan fikirlərə Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmadı. Qurumun mətbuat xidmətindən bildirdilər ki, bu suala Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən cavab almaq olar. Mərkəzin baş direktor müavini Vaqif Abdullayev isə qeyd etdi ki, bu sualı cavablandırmaq istəmir.

ynp.az

Комментариев нет:

Отправить комментарий