Страницы

11.03.2013

SİQARET KİMİ OLACAQSAN BU HƏYATDA

Elşad Can Şamil

Siqaret kimi olacaqsan bu həyatda...
Yanacaqsan, yana-yana səni yandıranı daha çox yandıracaqsan.
Zəhərləyəcəksən amma şirin gələcək zəhərin...
Aludəçi olacaq səni sevən ata bilməyəcək...
Yaşaya-yaşaya öləcək dərhal ölməyəcək...
"Sağlamlığa ziyan" olacaqsan
Sağlamlar səni axtaracaq...
Üstünde "öldürer" yazılacaq amma
Yenədə vazgeçilmez olacaqsan !!!
Zövq verəcəksən...

Siqaret kimi olacaqsan bu həyatda...
Hamı səni pisləyəcək...

Hamı sənə meyl edəcək...
Danışıldıqca çoxalacaqsan...
Çoxaldıqca paylaşılacaqsan...
Çəkərək çəkmə deyən qadağalarla,
İnkar olunduqca təsdiqlənəcəksən...
Bu tərəfdən nə qədər çox uzaqlaşsalar,
O tərəfdən bir o qədər yaxınlaşacaqlar...

Siqaret kimi olacaqsan bu həyatda...
Səni atmaq istəyən min bir yola əl atacaq...
Əziyyət çəkəcək...
Fikrə gedib bir də sənə əl atacaq...
Qoxun gələr gəlməz xatırlanacaqsan içdən...
Ürək səni istəyəcək...
Сigər səni istəyəcək...
Bədən səni istiyəcək...
Dost da səni istiyəcək...
Düşmən də...
Uşaqlıqdan böyüklüyə “körpü” olacaqsan...

Siqaret kimi olacaqsan bu həyatda...
Ən sanballı məclislərdə “başda” qalacaqsan...
Dildə-dodaqda olacaqsan...
Növünə görə hörmətli olacaq səni özünə dost seçən...
Ciblərdə olacaqsan həmişə dəbdə olan pul kimi...
Amma bu dəfə puldan da üstün olacaq sənin hörmətin...
Pul olmayan yerdə sən olacaqsan...
Pula səni dəyişəcəklər...
Qidanı sənə dəyişəcələr...
Gəzən məlumatlara görə yeməyi də unutdurursan insana...
Dərdi də sən unutdurursan insana...
Dərmanı da...

Siqaret kimi olacaqsan bu həyatda...
Səni özünə həmişə sadiq seçəcəklər...
Tək qaldığı vaxtlarını sənlə keçirəcəklər...
Səni rahat tanıma şansı vermiyəcəksən...
Əvvəl əvvəl acı olacaqsan...
Öskürdə öskürdə sevilməyin ləzzətini görəcəksən...
Dostlar tanışlar məsləhət biləcək səni...
Səni tanımayanlara sirli aləm kimi görünəcəksən...
Keçmişi addıyıb gəldiyin kimi...
Gələcəkdən qabaq gələcəksən...
Siqaret kimi olacaqsan bu həyatda...

Комментариев нет:

Отправить комментарий