Страницы

12.03.2013

Soruşsan cavab da tapammaz

Nuray Nur

Hər gün!

Hər gün başqa sən ol ki, gözüm səndən doymasın,
Gözəlliyin könlümü hər gün başqa oxşasın.
Xumarlansın gözlərin, eşq danışsın sözlərin,
Məhəbbət tilsiminlə sehrlənsin ürəyim.
Hər yeni gün mənimçün başqa səni tanıtsın,
Ürək səni kəşf ilə yeni dünya yaratsın.
Səni gec verdiyiçün tale məndən utansın.
Hər gün dəyiş gözümdə, dəyişim sənlə mən də,
Ikimiz bu dünyanın olaq sevgi dastanı.
Dayanaq məhəbbətin ən yüksək zirvəsində...


Xoşbəxtlik

Kor lalçün xoşbəxtdir,
lal isə kor üçün nisbətdə.
Xəstə çün bəxtəvər sağlamlar,
İntizar çəkənçün vüsallar,
Xoşbəxtlik gətirir özüylə həm varlar, həm yoxlar.
Olmayan, ya olan diləyir Allahdan durmadan.
Soruşsan cavab da tapammaz
nədir ki, xoşbəxtlik?!

Комментариев нет:

Отправить комментарий