Страницы

14.03.2013

Türkiyə kəşfiyyatından şok xəbərdarlıq: "Mobil telefonunuz varsa..."

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) ölkədə telefon danışıqlarının qanunsuz dinlənilmələri ilə bağlı Türkiyə Böyük Millət Məclisində yaradılmış xüsusi komissiyaya hesabat yollayıb. Hesabat "bomba partlayışı" effekti yaradıb.
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, MİT-in şöbə müdirləri və ekspertlərinin dediklərinə görə, siyasətçilər, millət vəkilləri və tanınmış şəxslərlə yanaşı, adi vətəndaşların da mobil telefonları vasitəsilə onların danışıqlarına çox asanlıqla qulaq asmaq mümkündür.
"İndi modern soyuducular və məişət əşyaları, televizorlar, musiqi mərkəzləri və s. artıq internetə bağlanır. Mobil telefonlar vasitəsilə aparılan danışıqları dinləmək çox asandır.
Bununla yanaşı, mobil telefon söndürüləndə, masanın üzərində və ya cibdə olanda belə, onun sahibinin danışdıqlarını, çıxışlarını, söhbətlərini dinləmək də asandır.
İP-si olan, yəni internetə qoşulan istənilən cihaz dinlənmə riski yaradır, çünki bununla bağlı çoxsaylı proqramlar var. Həmin proqramların tam əksəriyyəti Qərb ölkələrinin kəşfiyyat və təhlükəsizlik strukturlarının xəbəri olmadan yayılmır. Bəhs olunan proqramlardan o təşkilatlar gen-bol istifadə edirlər.
Parlamentlərdəki kompüter sistemləri də internetə bağlı olduğundan, həmin sistemə dəyişən İP ilə daxil olan şəxslər xüsusi proqram vasitəsilə istədikləri məlumatları əldə edə bilərlər. Bundan başqa, mobil telefonunu söndürərək və ya işlək, zəng qəbuluna hazır vəziyyətdə masanın üstünə, ya da cibinə qoyan adamın danışıqlarını dinləmək olduqca asandır. Xüsusi proqram telefona xüsusi kod yollayır. 
O kod telefonunun durumunu dəyişmədən mikrofonu açır. Bu zaman telefonun ekranı yanmır, heç bir səs və ya dəyişiklik olmayacaq.
Lakin açıq mikrofonla 2 metr radiusda istənilən səsi dinləmək olar. O ki qaldı WiFi və ya Bluetooth-a gəldikdə isə, bu şəbəkələri indi kompüter və proqramlardan az-çox başı çıxan uşaq belə "sındıraraq" istədiyi adamın məlumatlarını əldə edə bilər", - MİT-in hesabatında deyilir.
MİT hesabatında daha sonra deyilir: "Məsləhət görürük ki, mühüm toplantılar, iclaslarda telefonu otaqda saxlamayın. Söndürün və başqa otağa qoyun. Evdə olanda isə mobil telefonu evin mərkəzinə, otağın "baş"ına qoymayın".
MİT əməkdaşlarının dediklərinə görə, onların iclaslarında və toplantılarında heç bir vaxt mobil telefonlar masanın üstündə olmur.

Комментариев нет:

Отправить комментарий