Omid NəccariYada salma məni...
Qoy itim, batım
xaraba küçələrin su yolunda!
Dəyirmancı düşüncələrimi
fırlanan daşında oysun!
Yada salma məni...
Qoy geydiyim Ağ köynəyin,
çürümüş qumaşın,
zığlı sular yusun!
Uzaqdan gələn durnalar
ayaq izlərimi axtarmasın
sormasın heç,
qınamasın
Dağ ətəyində, kövrəlmiş
yanqın lalaya, su calamayın!
Çaqqalların yuvasında,
şənliklərə yol verin
Deprəm vuran, abad kəndiin
sutunlarını dilimləyin
Yada salma məni...
Qoy dəftərlərin ,tozlu
köşəsində, ölüm mən ki
Anadan doğulduğumdan beri
ADSIZ yaşadım!!!!
Adsıza, ad bulmayınki
üzünə gəlməz, yaraşmaz
Qələmlərin damarlarından,
qanını çəkin, öldürün
basdırın, qara qəbirdə
Kağız adlı nə varsa,
dara çəkin, dəmir ipiynən
Günəşin sarırəngina,
tikan batırın, gövərsin
Asfaltları sökməyin,
çiçək dirilər, yaşıl yaşar
Günahkara alqış verin,
fışqalayın.....
Dam olan yeri viiiran qoyun.....
Yada salma məni...
Yada salma məni...
Комментариев нет:
Отправить комментарий