Azərbaycan sözünün mənası ilə bağlı şok iddia
Gənc tədqiqatçı Razzaq Xansuvar "Yeni xəbər" qəzetinin saytında Azərbaycan adının kökü ilə bağlı maraqlı fikirlər səsləndirib. Qədim sivilizasiyaları tədqiq edən və tarixi abidələri araşdıran tədqiqatçı bu yaxınlarda Lerikin Ozobijon kəndində olub. Ozobijon qədim maq kahinlərinin yaşadığı kənddir. Sovet dönəmində bu kəndin adı Azərbaycan, müstəqillik illərində isə Günəşli adlandırılıb. Tədqiqatçı deyir: "Amma hec biri bu qədim Oozbijon toponiminin məntiqini dəyişdirə bilmədi. Belə ki, Günəşli də, Azərbaycan da özləri bilmədən Ozobijonun atəşpərəstlik məntiqini qoruyur".
Baxaq necə qoruyur? Razzaq Xansuvar deyir: "Ozər - Azar - Azəri. Atəş, Gunəş Tanrısı. Qədim mənbələrdə, İran miflərində və Avestada Atar-Adər-Azər-Ozər-Zər -Tanrıdır, Gunəş tanrısı. Yəni belə desək, Misir Amonu. İndi keçək Ozobijon izahına. Ozobijon -Azarbijan- Azər Becan -Ozər Bi Jan- Ozər Bi Jian- Ozəri Bi Jieye. Can-Con-Jon-Jion-Ji On-Ji sözü yerli dildə yaşamaq, yaşayış, ön şəkilçisi isə cəm şəklindədir".