Страницы

17.02.2014

Hacı Şahin: "Qeyri-dəqiq və absurd məlumatları yaymasınlar"

“Sovetskidə yaşayan dindar şiələr Hacı Şahin qızışdırır və onları mitinqlərə çağırır”. Bu sözlər “Axar.az”ın saytının bu günkü saytında işıqlanıb. Həmin xəbərin linkini sizlərə təqdim edirik: http://axar.az/news/9222
Məsələnin aktuallığını nəzərə alaraq, “Məşədi Dadaş” Məscidinin axundu Hacı Şahinlə əlaqə saxladıq. O da xeberlent.az informasiya agentliyinə bunları dedi:
“Təbii ki, bu fikir həqiqətə uyğun deyil. İlk növbədə, biz həmişə qeyd etmişik ki, fətva vermək səlahiyyətində deyilik. İkincisi də, 25 il öncə vəfat etmiş müctehidə şikayət məktubu yazmağı necə tövsiyə edə bilərik?
Üçüncüsü, müctehidlərə sosial problemlərin həlli ilə bağlı nə vaxtdan məktub yazılır? Bu şaiyə ilk növbədə çox savadsız şəkildə tərtib olunub və tutduğumuz mövqeyə görə bizi qaralamaq xarakteri daşıyır. Lakin  belə sözlərlə heç kəsi ləkələmək mümkün deyil. Mətbuat nümayəndələrinə də tövsiyəmiz budur ki, qeyri-dəqiq və absurd məlumatları yaymasınlar. Bu tip informasiyalara şərh vermək niyyətində deyilik./xeberlent.az/

Комментариев нет:

Отправить комментарий