Страницы

17.02.2014

İnam Atanın on cildliyinin V cildi işıq üzü görüb

İnam Atanın (Asif Atanın) “On Kutsal Bitiq”inin V cildi – «Kutsal Quruculuq» işıq üzü görüb. Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
Kitabı nəşrə hazırlayanlar Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh, Ocaq Yükümlüsü İşıqlı Atalı və Yolruh Atalıdır.
Kitabda yaradıcısının adı ilə «İnam Ata Sivilizasiyası», mahiyyətinə görə «Mütləqə İnam Sivilizasiyası», ulusal kimliyinə görə «Türk Sivilizasiyası» adı ilə yeni ümumbəşər sivilizasiyası yaranmasına səbəb olacağı düşünülən dünyabaxışın fəlsəfəsi və ruhaniyyatı təqdim olunur.
«Kutsal Quruculuq» cildi Mütləqə İnam dünyabaxışının 5 Müqəddəs Kitabını özündə birləşdirir: «Yol.Ata Sözü», «Sədaqət», «Ruhani Sənədlər», «Ruhani Hökmlər» və «Müqəddəs Kəlamlar».
Kitaba Ocağın Ruhani Başçısı Safruh «Kutsal Quruculuq» adlı önsöz yazıb.
Önsözdə İnam Ata işinin bənzərsizliyi, insani-ulusal-bəşəri gərəkliyi vurğulanır.
Kitabdakı 500-dən artıq ruhani sənədin, buyuruğun, hökmün yalnız 70-i Ocağın Ruhani Başçısı Safruhla bağlıdır. Ocaq tarixində heç bir Evladla bağlı bu qədər Ruhani Sənəd yazmayıb.
«Yol. Ata Sözü» Kitabında Ocağın məramı, Ocaqçının yaşam qaydaları, Mütləqə İnam dünyabaxışının mahiyyəti, kamilləşmə ölçüsü, gerçəkləşmə imkanları, üsulları, Evladlığın mahiyyəti açılır.
«Sədaqət» Kitabında dünyabaxışın ruhani hərəkat kimi gerçəkləşmə yolları, eləcə də insana, həyata, dünyaya münasibəti haqqında danışılır.
«Ruhani Sənədlər» və «Ruhani Hökmlər» əsərlərində İnam Atanın əsasən Ocaq quruculuğuna aid hökmləri, göstəriş və buyuruqlarından ibarət ruhsal bəlgələri yer alıb. Bu sənədlər Ocağın Sovet dönəmində gizli şəraitdə hansı çətinliklər içərisində iş gördüyünü və necə qurulduğunu aydın göstərir.
«Müqəddəs Kəlamlar» əsəri 7 Kəlamdan («Mütləqlə Təmas», «İkilik», «Varlığın özündə – varlıqdan artıq», «Varlıq-Məna», «Sabah üstə», «İmtinaya yetmək», «İnsanilik dünyası») ibarətdir.
Cildin sonunda İnam Atanın Kutsal Bitiqlərinin siyahısı, Ata-Ocaq günsırası (təqvimi), günsıranın ünlü günləri, Ruhani Başçı Safruhun «Mütləqə İnam Ruhaniyyatı» adlı ruhsal bəlgəsi yer alıb.
Bildirək ki, 472 səhifəlik kitab «Qanun» nəşriyyatında işıq üzü görüb.

Комментариев нет:

Отправить комментарий