Страницы

13.02.2014

Rezai Xan - Məni də apar

Dostum! Həyatda üzünü görməkdən doymadığın biri səni dünyada tək qoyub getdimi heç? Və bir neçə ildən sonra, gözləmədiyin bir gecədə, röyana qonaq gəldimi? Yuxunda qarşında olsa da, öldüyünü hiss edib, ancaq qəhər dolu nəzərlərlə gözlərini həyəcanla zillədinmi üzünə? O ölü, sən sağ... Amma hər iki dünyanın kəsişdiyi nöqtədə, neytral məkanda, qabaq- qabağa....Sən kədərli, o gülərüz. Sualları yağdırmağa başlayırsan: "Niyə deməmiş getdin? Axı, biz belə danışmamışdıq...Yarı yolda qoyub getməyi necə ağlına gətirdin? "Axirda da..."niyə öldün, ay insafsız? "-deye səsini ucaldırsan... Cavab isə...yalnız susmaq, sükut, səssizlik olur... Sanki o sənlə nəsə başqa bir şeyi aydınlaşdırmaq istəyir.
Sənsə öz hayında. Elə hey narazılıq, şikayət, giley... Sonra bir az söhbət edib, dərdləşirsən onunla. Söhbətin ən şirin məqamında, onun yenə səni tərk etməsinin şahidi olursan. Əlindən heç nə gəlmir...Onu tutub saxlaya bilmirsən. Sadəcə durub baxırsan...Boynunu büküb, eləcə baxırsan...Yazıq, yazıq... O isə üzünü çevirib, sağollaşmadan, arxasına belə baxmadan çıxıb gedir, işığa doğru. Həmin vaxt sənin üzündə əvvəl yavaş-yavaş kədər, sonra isə təbəssüm yaranır ki, o heç vaxt dirilməyəcək...Yenidən bu dünyaya qayıtmayacaq...  Bu doğrudan da üzücü duyğudur. Ancaq sən, o sənin dünyana gəlməsə də, özün nə vaxtsa onun dünyasına gedəcəksən deyə, sevinirsən... Həmin vaxt içinə, ölməyə qarşı bir ehtiras, həvəs dolur. Tələsirsən ölməyə. Ölüm vaxtının tez bir zamanda gəlib çıxmasına... Amma sən istəməklə deyil ki...
 Dünyaya öz arzunla gələ bilmədiyin kimi, öz istədiyin vaxtda da tərk edə bilməzsən. Sən onun növbəti gəlişini gözlədiyin kimi, o da sənin ora birdəfəlik gedəcəyin günü gözlüyəcək o, orada.. Sən burada .. Gözləyə- gözləyə yaşayacaqsan! İpin kəsilincəyə qədər! Kitabın bağlanana qədər! Əzrayılın gələnə qədər yaşayacaqsan! Onun həsrəti ilə.....Hər gün öləcəksən onu xatırladıqca...

Комментариев нет:

Отправить комментарий