Страницы

13.02.2014

Sumqayıt heykəlləri unudulub?

Min illərdən bəri yaradılmış heykəl nümunələri bəşər tarixinin canlı şahidləridir. Təsadüfi deyildir ki, heykəltəraşlıq insanın nəcib əməllərini, şərəf və şöhrətini əsrlər boyu yaşadan ən gözəl sənət növlərindən sayılır. Tişə ustaları öz dövrü üçün xarakterik olan insan surətlərini təcəssüm etdirir. Heykəltəraşlıq əsərlərində biz əsasən müsbət obrazlarla qarşılaşırıq.
Ancaq əfsuslar olsun ki, bu sözləri Sumqayıtda yerləşən heykəllərə aid etmək mümkün deyil. Ona görə ki, gənclər şəhərində yerləşən heykəllərin üzərində kifayət qədər nöqsanlar var. İndi həmin nöqsanları bir-bir sizə təqdim edirik.
Nəriman Nərimanovun heykəli. Sakinlərin narazıçılıqlarına səbəb, Nizami Gəncəvinin, İmaməddin Nəsiminin  və Nəriman Nərimanovun heykəllərinin üzərindəki yazılar olub.  
Belə ki, Heydər Əliyev küçəsində yerləşən, Azərbaycanın dahi dramartuq-yazıçısı Nəriman Nərimanovun heykəlinin üzərində adı və soyadı “kiril” əlifbası ilə yazılıb. Artıq neçə illərdir ki, əlifba yazımız “latın”- hərifləri ilə yazılır. Lakin deyəsən bu,Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən unudulub. Görəsən, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi hələ də nəznində olduğu və adı çəkilən bu heykələ hələdə diqqətlə nəzər edilməyib? Yoxsa, bu nöqsan onları maraqlandırmır?
Nizami Gəncəvinin heykəli. Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin şərəfinə qoyulan heykəl bir müddətdir ki, mübahisə obyektinə çevrilib. Belə ki, bir qisim sakinlər heykəlin tərtibatından, xüsusən üzərindəki yazıdan – şairin baş hərfinin doğru yazılmamasından, şriftindən, soyadının və doğum-vəfat tarixlərinin qeyd olunmamasından narazıdırlar. Bəzi sakinlər hətta heykəlin bazar ətrafında yox, Sumqayıtın daha münasib bir yerində olmasını istəyiblər...
Sumqayıt sakinlərinin dediklərinə görə, bu heykəl eks-millət vəkili Nizami İsgəndərov tərəfindən qoyulub və elə ona görə də bu heykəlin adının üstünə, sadəcə Nzami yazılıb.
İmaməddin Nəsiminin heykəli. Bu heykəlində üzərində digər abidələrdə olduğu kimi, nə doğum, nə də ki, vəfat etdiyi tarixi qeyd olunmayib. Axı bu dahi mütəfəkkirlərin doğum və vəfat tarixlərini heykəllərin üzərinə niyə qeyd etmirlər? Olmaya bu işlə məşğul olan qurumlar özləri onların doğum və vəfat günlərini bilmirlər? Başqa buna nə ad vermək olar?
Maraq doğuran daha bir əlamət isə bundan ibarətdir ki, mövcud durum bir neçə dəfə şəhər səviyyəsində keçirilən iclas və müşavirədə müzakirə obyekti olub.
Bizim görüb araşdırdığımız nöqsanlar budur. Əgər siz də Sumqayıt şəhərində ucaldılan heykəllərdə bu  cür nöqsanlara rastlaşsanız, bizimlə əlaqə saxlayıb öz təklif və iradlarınızı bildirə bilərsiz: xeberlent@gmail.com
P.S Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin münasibətini dərc etməyə hazırıq.

Elşən Cəfəri         xeberLent.az

Комментариев нет:

Отправить комментарий