Страницы

16.02.2014

Xosrov Barışan - Ad günü

Birdən-birə
Qapını çaldı
Gecənin ortası
Saat üç!
Yuxudan daşlandım.
Ayfondan baxdım,
Küçə bom-boş...
Yaşamışdım, 
Yorulmuşdum,
Yorğunluğuma gəldi
İstəməyərək.
Cəbrdənmi?
İstəkdənmi?
Açar-açmaz qapını
Gözlərinə cumdum!
Qap-qara bir çarşaba bürünmüşdü!

Kölgəsindən tanımışdım biləsin.
Həmən danışmağa başladı,
Dil açdım
Tumdum!
Ölümlə mırtlaşmağı mənə öyrətdi.
Nəfəsi əsincə;
Can tapırdı məndə
Titrəyirdim,
Bakirə qalmışdım.
Haradan gəldiyi bəlli deyildi!!!
Öz adını belə bilməyirdi!
Bilməyirdim!
Yalqız idi...
Gözyaşlarımı silməyirdi!
Yalqız idim...
Sevincdənmi? Qəhərdənmi?
Ölməyirdim!
Ayılmış bir yuxuydu sanki...
Dirilməyirdim!
Ah...
Nə qədər izləyirdim,
İzləyirdim...
İzləyirdim...
Doymayırdım, 
Doyanmayırdım!!!
Darıxdıran
Yekə bir yalqızlığı
Birlikdə varlığın
Şirin bir xəlvətinə
Daşıdıq.
Qorxunu qorxudub,
Görmədiyim yuxuları yaşayırdım.
Tamamən yarımçıqdım!!!
Mükəmməl bir qadın idi;
Şeir kimi...
Adını mən seçdim.
⎕⎕⎕
İtən məni tapınca
Zaman bitdi.
Zır kefliyəm a...

Комментариев нет:

Отправить комментарий