Страницы

12.04.2014

Nurçuların Gülənə Ramiz Mehdiyevlə bağlı məktubu

"Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və oğlu Teymurla təəssüf ki, heç bir şəkildə əlaqələr qurmağı bacarmırıq". Bu sətirlər Mustafa T. imzalı nurçunun xidmət hərəkatının lideri Fətullah Gülənə göndərdiyi məktubdandır. Məktub "Axar.az" saytının elektron poçtuna daxil olub.    
Məktubda nurçuların Azərbaycanda şəbəkələşməsi, 2015-ci il seçkilərindən sonra Ceyhun Osmanlının Milli Məclisin spikeri və ya vitse-spikeri vəzifəsinə gətirilməsi istiqamətindəki çalışmalar, o cümlədən, Elnur Aslanovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerinə təyin edilməsi məsələlərindən bəhs olunur. Güləndən xahiş edilir ki, Elnur Aslanovun 2018-ci il prezident seçkilərindən sonra Prezident Administrasiyasının rəhbəri vəzifəsinə gətirilməsi üçün ABŞ-dakı lobbi fəaliyyətindən istifadə etsin.

Bu müdhiş məktubun tam mətnini təqdim edirik: 

“Möhtərəm Fətullah Gülən hoca əfəndim! Uca rəbbimdən sizə sağlıq və səhhət diləyirəm. Dualarınızı əsirgəməyin, əfəndim. Azərbaycanda bəzi məsələlərlə əlaqədar bilgiləri diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanın Milli Məclisindəki çalışmalarımız sizin təlimatlarınıza uyğun həyata keçirilməkdədir. Hazırkı ana qədər Azərbaycan Milli Məclisinin komissiya üzvləri sırasında yetərincə dostlarımızı yerləşdirə bilmişik. Millət vəkili dostumuz Ceyhun Osmanlının bu məsələlərdə və ümumi olaraq Milli Məclisdəki əməyi təqdirə layiqdir. 2015-ci il parlament seçkisindən sonra Ceyhun Osmanlının spiker və ya spiker müavini vəzifəsinə gətirməyimiz üçün fəaliyyətimizi artıracağıq. Azərbaycanın Prezident Administrasiyasındakı dostumuz Elnur Aslanov bunun üçün kömək edəcək. Ceyhun Osmanlının Milli Məclisdə spiker və ya sədr müavini olması komissiyalara nüfuz etməyimizi asanlaşdıracaq və xidmət hərəkatına bağlı dostlarımızın fəaliyyətinə lazımlı istiqamətdə yardımçı olacaq.   
2018-ci il seçkisindən sonra Elnur Aslanovun Prezident Administrasiyasında çox önəmli vəzifəyə gətirilməsi üçün fəaliyyətimizi davam etdiririk. Ramiz Mehdiyev Azərbaycanın idarəçiliyində ikinci şəxs olaraq söz sahibidir. Çox təəssüf ki, bütün fəaliyyətimizə rəğmən, özü və oğlu Teymurla şəxsi əlaqələrin qurulmasında uğur əldə bilməmişik. Çox çətin nəzarət altına ala bilinəcək şəxsdir. 2018-ci ildə Ramiz Mehdiyevin təqaüdə ayrılması məsələsi gündəmə gələrsə, Elnur Aslanovun onun yerinə vəzifəyə gətirilməsi asanlaşacaqdır. ABŞ-dakı dostlarımızın sözügedən planın gerçəkləşməsi üçün lobbi fəaliyyətlərini genişləndirmələri lazımdır.     Azərbaycanda media işlərini izləyən imam dostumuz Hüseyn Dinləməzlə əlaqəli müəyyən sıxıntılarımız var. Hüseyn bəyin köməkçisi olan Halil İbrahim Seyhanın Azərbaycan kəşfiyyatı ilə əlaqəsi olduğunu və mütəmadi olaraq informasiya sızdırdığına dair güclü şübhələrimiz var. Bu mövzunu administrasiyadakı dostumuza söylədik və lazımlı yöndə cavab aldıq. H.İ.Seyhan xidmət hərəkatımıza Türkiyədə daxil olmuş bir şəxs deyil. Tələbə olaraq Azərbaycana gəlmiş, buradakı dostlarımızın maraqlanmasından sonra xidmət hərəkatımıza qatılmışdır. Mövzunu Hüseyn bəyə çatdırdıqda mənfi cavab aldıq. Çox təəssüf ki, H.İ.Seyhanı vəzifədən kənarlaşdıra bilmədik. Hüseyn bəy bu mövzuda çox dirəndi. Məsələyə şəxsən müdaxilə etməyinizin faydalı olacağını düşünürük.   
Azərbaycanda Türkiyə qaynaqlı camaat və təriqətlərlə əlaqədar mühüm uğurlar əldə edilib. Süleymançı camaat Azərbaycanda mədrəsə aça bilmək üçün bizə müraciət edib. Bu işin 400 min dollar qaynağa ehtiyacı olduğunu bildirdilər. Bu mövzuda köməkçi olduğumuz üçün Azərbaycanda xidmət hərəkatımızın inkişafı üçün dini mövzuda köməkçi olacaqlarını vəd etdilər. Onsuz da indi Bakıda dostlarımız namaz qılmaq üçün Süleymançı dostlarımızın mədrəsələrində toplaşırlar. Mövzuyla əlaqədar təlimatlarınızı gözləyirik”. /axar.az/

Комментариев нет:

Отправить комментарий