Страницы

12.04.2014

"Rəbiyyət Aslanova komitə sədrliyindən kənarlaşdırılmalıdır"

“Nurçular 2018-ci ildə hakimiyyətə gəlməyi planlaşdırmışdılar. Azərbaycanda nurçuların 2018-də hakimiyyətə gəlmək planları ilə bağlı əlimizdə maraqlı məlumatlar var. Bu məlumatları lazımi dairələrə çatdırmışıq”. Politika.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev nurçular haqqında danışarkən deyib.
Hafiz Hacıyev hesab edir ki, onlar rüşvət almaqla ölkədə idarəçiliyin zəif olduğu barədə fikir formalaşdırmaq niyyətindədirlər: “Elnur Aslanov tək deyil, onun yaratdığı böyük bir şəbəkə var. Həmin şəbəkə Azərbaycanda şəxsi korrupsiya bataqlığında boğulur.
Onlar tutduqları mühüm vəzifələrdə xalqa xidmət etmək əvəzinə onu aldatmaqla, rüşvətlə ölkə başçısının apardığı uğurlu siyasətə kölgə salmaqla məşğuldurlar. Ölkədə korrupsiya, ədalətsizlik var deyə xalqı çaş-baş salmaq istəyirlər. Əslində isə korrupsiyanın arxasında duranlar elə nurçulardır”.
Partiya sədri hesab edir ki, Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad ediləndən sonra başqa bir vəzifəyə təyin olunmamalı idi: “Düşünürəm ki, Azərbaycan dövlətinə xəyanət edən Elnur Aslanovu yenidən aparıb işə qoymaq müəmmalı məsələdir. O, həbs edilməli idi. Onun anası Rəbiyyət Aslanova da komitə sədrliyindən kənarlaşdırılmalıdır/politika.az/

Комментариев нет:

Отправить комментарий