Страницы

07.06.2014

Emil Məmmədli: Qərbin mövqeyini müdafiə edənlər Rusiya düşmənçiliyi yaradırlar

Ulusinfo.com-un xəbər verdiyi kimi Elçibəy iqtidarı dönəmində Azərbaycanın Rusiyada olan keçmiş səfiri Hikmət Hacızadə facebook səhifəsində Rusiyanın 5 ci kolonnasının Azərbaycanda aktiv fəaliyyətdə olması və amerika əleyhinə sürətli iş getdiyi haqqında yazmışdır. Çox keçmədi ki, gənc ictimai fəal olan Emil Məmmədli facebook vasitəsilə keçmiş səfirə cavab yazdı. Həmin yazını olduğu kimi ulusinfo.com öz oxucularına təqdim edir.
"Əslində Hikmət Hacızadə bu fikri ilə yalnız özünün deyil, üzvü olduğu partiyanın başqanının da siyasi mövqeyini bir daha ortaya qoyur. Əgər Azərbaycanın müstəqilliyi Amerikanın əli əli qazanılıbsa o zaman Azərbaycanda heç bir xalq hərəkatı olmayıb, AXC və onun liderləri sayılan şəxslər ABŞ-ın Azərbaycandakı iplə oynadılan kuklaları olublar. Bir vaxtlar xalqı oyuna gətirdiklərinə görə bu insanlar cavab verməlidirlər.

ABŞ işğalçı imperialist dövlətdir. Bu dövlətin əsgərləri işğal etdiyi ölkələrdə hərbi cinayətləri ilə yadda qalırlar. ABŞ beynəlxalq normalara məhəl qoymadan əlində silah dünyanın dörd tərəfinə qlobal “ədalət” toxumları səpir.
Qərbin mövqeyini müdafiə edənlər hər zaman Qarabağı Rusiyanı işğal etdiyinə eyham vurmaqla süni şəkildə Rusiya düşmənçiliyi yaradırlar. Siz heç vaxt Azərbaycan torpağını Rusiyanın işğal etdiyinə dair hərbi ekspert rəyinə rast gəlməzsiniz. Ancaq qərbin mövqeyini müdafiə edənlər belə yalan məlumat yayırlar. Konkret olaraq Şuşa və Kəlbəcərin işğalına görə Hikmət Hacızadənin bir vaxtlar təmsil olunduğu hökümət xəyanətdə ittiham olunur. Buyursun buna cavab versin.
Rusiyanın Azərbaycan sərhəddinə qoşun yığması kimi yalan məlumatı yayınca faktlara münasibət bildirsin. Azərbaycana müstəqillik bəxş edən ABŞ-ın 42 ştatı qondarma erməni soyqırımını tanıdığına dair bəyanat yayıb və hər il rəsmi olaraq bu hadisə qeyd olunur. Vaşinqton şəhərində qondarma erməni soyqırımı muzeyi fəaliyyət göstərir. ABŞ-ın “müstəqillik”, “demokratiya” vəd etdiyi ölkələr İraq, Liviya, Misir son olaraq Suriya və Ukraynada yaşanan proseslər bu dövlətin yürütdüyü siyasətin mahiyyətindən xəbər verir.
ABŞ-dan fərqli olaraq Rusiya ilə Azərbaycanı çox qədim tarixi köklər bağlayır. Bizim bir düşmənimiz var və güclü dövlət qurmaq üçün digər qonşu dövlətlər ilə əlaqələrimizin yüksək səviyyədə saxlanılmasına nail olmalıyıq."

ulusinfo.com

Комментариев нет:

Отправить комментарий