Страницы

07.06.2014

Kəpənək

Ramin Cahangirzadə

Sən mənim başımda
Kəpənək oldun
Hey uçdun, hey qondun
Keçəl başıma
Başımda turp əkdin
Səsim çıxmadı
Gözlərim çöyrüldü
Çıxdı qaşıma
Nə o baş baş oldu
Nə gözüm o göz
Sözümdən pırtladı
Sözüm dolaşdı
Bir daha özümü 
tapa bilmədim
itirdim hər nəyi
hər nə dolaşdı

Комментариев нет:

Отправить комментарий