Страницы

04.06.2014

Xosrov Barışan - ÖLÜM ŞANSI

Göm-göy gözlərindən süzüləcəyəm.
İnci dək sinəvə düzüləcəyəm.
Bir an dək əlindən üzüləcəyəm.
Yatsan da yuxuva gələ bilərəm.
Demək; mən də bir gün ölə bilərəm.

Sənə yazdığım şer qalacaq yarım.
A...ceyran sevgilim, A...gözəl yarım.
Saçlarıvı oğşayacaq rüzgarım.
Səninlə sevdamı bölə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Uşaqların nağılında yaşaram.
Çirklənməmiş duyqularda daşaram.
((Düymə qələ)) qoşmasını qoşaram.
Tapmacanı gülə-gülə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.


Dahı tər tökmərəm qarın yolunda.
Yoxluğa gedərəm varın yolunda.
Varımdan geçərəm yarın yolunda.
Nedir bu hövüşnə, çilə, bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Qorxmaram kimsədən, çəkmərəm xımı.
Bərkdə qullanaram ölüm şansımı.
Əcəllə edərəm ölüm dansımı.
Yaranış hədəfin bilə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Qorxunun hududun geçib gedərəm.
Ayıran məftili söküb didərəm.
Çatmazlıq ölkəsin əldə edərəm.
Nədir bu qurulan hilə?, Bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Dahı qullananmaz başdaki məni.
Qullansa qullanar daşdaki məni.
Sevsen də sevərsən kaşdaki məni.
Hesabdan özümü silə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Bəlkə də şerimdə yaşayar adım.
Nə malım-mülküm var, bunlar hər zadım.
Dərdləri bilmirəm hardan anladım?!
Şeir hardan gəlir dilə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Xəzansan, nə olar gülə bilməzsən.
Yarasan, dərd nədir? Bilə bilməzsən.
Day məni ağladıb gülə bilməzsən,
Ey dünya mən sənə gülə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Bizi əydirəni bir gün əyəcəm.
Böyüsəm xalqımla mən böyüyəcəm.
O son nəfəsimdə vətən deyəcəm.
Güllələrə qarşı gələ bilərəm.
Demək mən də bir gün ölə bilərəm.

Комментариев нет:

Отправить комментарий