Страницы

08.11.2016

Şiəlik - alınmaz qalamız

Vətənpərvərlik dini kökə söykənmədən heç nədir. Ateist xalq tarixin səhnəsində qala bilməz, silinib gedər. Dinsiz xalq xalq deyil, nişangahdır. Yalnız öz dininə bağlı olan xalqların tarixdə qalmaq şansı var. Xalqın var olması üçün xeyir və şəri anladan, hədəf və maneələri göstərən, dost və düşməni ortalığa çıxaran, qiyamət dolanbaclarında nikbinlik yaradan və mücadilələrə ruhlandıran instrument olmalıdır. Biz xalq kimi məhz babamız səfəvilərin dini dövlət səviyyəsinə qaldırdığı dönəmlərdə formalaşmışıq. Tarixə xalq kimi şiəliklə birgə qədəm qoymuşuq. Babalarımız din uğrunda can qoydular, müqəddəs İmam Hüseyn bayrağını bizə əmanət saxladılar. Satanistlərin təəssüfünə rəğmən, biz azərilər indi də şiəliyin sadiq əsgəri kimi meydandayıq. Hizbullahın “Ya Zəhra!” sədasına biz daim mənən səs vermişik. Əhli-Beyt sevgisini yalnız bizi Yer üzündən silməklə qəlbimizdən çıxarmaq olar. Tarixi imperativdən yox olmamaq üçün bu gün biz öz dinimizdən daha möhkəm yapışmalıyıq. Şiəlik bizi düşmənə qarşı yumruq kimi birləşdirən yeganə ideologiyadır. Satanaya qarşı duruş gətirə biləcəyimiz yeganə sığınacaqdır. Şiəlik pravoslavlıqla birgə Qlobal Prediktorun ala bilmədiyi sonuncu qalamızdır. Ruhani struktur bizi səfərbər edir və təhlükələrə qarşı ayıq saxlayır. Şiəlik həm də sağlamlığımızın qarantıdır.

İbrahim Sel, “İnformasiya müharibəsi”

Комментариев нет:

Отправить комментарий