Страницы

12.02.2019

Fələstin sionistləri Hitlerin qələbəsindən ruhlanmışdılar və onların arasında faşistyönümlü əhval-ruhiyyə hökm sürürdü. 22 mart 1933-cü ildə revizionist-sionistlər bu əhval-ruhiyyənin ifadəsi olaraq Lodz manifesti dərc etdilər. Üç gün sonra isə sionistlərin “Xazit xa-am” qəzeti nasizmi açıq şəkildə dəstəklədiyini bəyan etdi. Qəzet yazırdı: “Sosialistlər və kommunistlər elə fikirləşirlər ki, Hitler hərəkatı boş qabıqdır, amma biz fikirləşirik ki, onun forma və məzmunu var. Antisemit forma atılmalıdır, antimarksist forma isə saxlanmalıdır”. “İrqun” terror təşkilatının rəhbərlərindən biri Abram Ştern belə hesab edirdi ki, yəhudilərin yeganə xilası sionizmin faşizm formasını yaratmaqdan keçir. Ərəblərə qarşı terror aktlarının başında duran Ştern deyirdi ki, sionistlər qələbə çalmaq üçün həm Hitler ilə, həm də Mussolini ilə müttəfiq olmalıdırlar. Amerikan tədqiqatçısı Lenni Brenner yazır: “Sionistlər fikirləşirdilər ki, əgər onlar da rasistdilərsə, qarışıq nigahlara qarşıdırlarsa, yəhudiləri Almaniyada artıq hesab edərək Fələstinə köçmələrini vacib sayırlarsa, o cümlədən solçulara qarşıdırlarsa, onda bu eyniliklər Hitlerə onların timsalında “sədaqətli müttəfiq” görməyə kifayət edir”.

Комментариев нет:

Отправить комментарий