Страницы

12.02.2019

Fələstindəki sionist mətbuatı faşizmi tərifləyən palaz-palaz məqalələr dərc edirdi. Sionizmin vacib fiqurlarından sayılan Jabotinskinin pərəstişkarı, “Doar Xayom” qəzetinin naşiri İtamar Ben-Avi yazırdı: “Jabotinskinin platforması faşist proqramından başqa bir şey deyil”. “Mən niyə faşistəm” adlı məqaləsində Ben-Avi bildirirdi ki, yəhudilərin öz Mussolinisi olmalıdır. Şair Yakov Kaxan yazırdı ki, sionist-revizionistlər hitlerçi olmaları ilə qürur duyurlar. Sionist-revizionistlərin Fələstindəki rəhbəri Abba Aximeirin məqalələri “Faşistin gündəliyi” başlığı altında dərc olunurdu. O Hitlerin hakimiyyətə gəlişini alqışlayırdı və yəhudi kütlələrini “alman şovinist hərəkatından” öyrənməyə çağırırdı. Aximeiri sevindirən o idi ki, nasistlərin hakimiyyətə gəlişi ilə yəhudilərin cəmiyyətə assimilyasının qarşısı alınacaq. Onun fikrincə, qırğınlar yəhudiləri “haqq yoluna qaytaracaq”. Fələstindəki aktiv sionistlərdən biri Yexoşua-Xeşel Eyvin alman nasizmini mədh edərək yazırdı ki, nasizm varvarlığa qayıdış deyil, internasional ideallardan qurtuluş və millilik ideyasına qayıdışdır.

Комментариев нет:

Отправить комментарий