Страницы

17.02.2019

Rahib Hətəmov: “Qacar vaxtı ölkənin baş mollasının eşşəyinin ayaq izini öpən manqurtlaşmış kütlə vardı. Belə insanlar arasında, belə cəmiyyətdə, belə şəraitdə ziyalı yetişə bilərdimi? Rusiyaya birləşdikdən sonra ədəbiyyatla yanaşı, hətta folklorumuz da inkişaf etdi, Aşıq Ələsgər, Aşıq Alı kimi aşıqlar yetişdi. Şərq aləmində klassik musiqinin banisi olduq. Üzeyir kimi dahi Qacar mühitində yetişə bilərdimi? Yaxud da simfoniyamızın banisi Fikrət Əmirov. Ona görə də Qara Qarayev Azərbaycan musiqisinin 20-ci əsrdə yarandığını deyirdi. Ondan əvvəl əsl musiqimiz yox idi. Opera, teatr, qızlar məktəbi, qadınların təhsil və seçki hüququ Şərqdə ilk dəfə məhz Azərbaycanda yarandı. Hüseyn Ərəblinski kimi aktyorlar incəsənətin, Əhməd bəy Zivərbəyov kimi memarlar memarlığın necə bir səviyyəyə qalxdığının sübutu oldu. Bu gün qürurla fəxr etdiyimiz ziyalılar, şairlər, dramaturqlar, rəssamlar Rusun sayəsində yetişmişdir”.

Комментариев нет:

Отправить комментарий