Страницы

17.02.2019

Rahib Hətəmov: “Uğurlarımızın hamısı Türkmənçay müqaviləsinin imzalandığı gündən başlayır. Məhz Rusun sayəsində biz ədəbiyyat, musiqi, teatr, rəssamlıq- bir sözlə incəsənət və mədəniyyətimizlə dünya arenasına çıxdıq. İndi qürur duyduğumuz ziyalılar və mütəfəkkirlər Qacar mühitində yetişə bilməzdi. 200 illik ayrılıq ərzində quzey Azərbaycanda bu qədər dahi yetişdiyi halda, güneydən Şəhriyar kimi “səhrada tək ağac” kimi görünənlər çıxdı. Əvvəlki tarixə də baxsaz, az qala hər əsrə bir dahi görərsiz. 11-ci əsrdə Qətran Təbrizi, 12-də Nizami, 14-də Nəsimi, 16-da Füzuli, 17-də Saib Təbrizi və s. Lakin 19-cu əsrdə bu müqavilələr imzalanandan bu günə kimi saysız hesabsız heykəlini ucaltdığımız ictimai xadim, haqqında fəxrlə danışdığımız ziyalı yetişdi. Çünki millət aydınlandı. Bax budur göstərici, budur nəticə! Xülasə, Gülüstan və Türkmənçay- bizim kütlədən çıxıb millət olmamız günüdür. Bu, millətin gerilikdən qurtuluş və inkişaf günüdür. Bu, fikrin azadlığa qovuşduğu günüdür. Bu, intibah dövrünün başlandığı gündür”.

Комментариев нет:

Отправить комментарий