Страницы

13.11.2010

Amerika narahatdır

   “Azərbaycan müstəqil ölkədir, iqtisadi siyasətini, xarici və daxili siyasətini özü müəyyənləşdirir” 

Bu eksklüziv açıqlamanı APA-ya İran İxracat Bankının müdiri Məhəmməd Cəhromi verib.
Onun sözlərinə görə, bir çox ölkələr İranla bütün sahələrdə əməkdaşlıq edir və əməkdaşlıqda öz mənafelərini düşünürlər: “Onlar ilk növbədə təbii olaraq öz mənafelərini, xüsusilə iqtisadi maraqlarını düşünürlər. Azərbaycan da İranla əməkdaşlıq edən digər ölkələr kimi öz mənafeni nəzərə alır. Amerikalılar iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərindən çox narahatdır, biz bunu yaxşı hiss edirik. Amerikalılar düşünürlər ki, İran və Azərbaycan keçmişdə olan müştərək tarixlərinə görə daha yaxından əməkdaşlıq etməyə meyllidirlər. Buna görə də bu kimi hadisələrin baş verməsindən narahatdırlar. Ümumiyyətlə Amerika həmişə bölgədə İranı qorxulu bir varlıq kimi tanıtdırmaq istəyib. İran sülhün, sabitliyin tərəfdarıdır. İki ölkə arasında, eləcə də bölgə ölkələri qarşılıqlı əməkdaşlıqda qorxulu heç nə yoxdur. Region ölkələrinin, eləcə də iki ölkənin xalqının tarixi əlaqələri nəticəsində ölkələrimizin münasibətlərinə heç kim zərbə vura bilməz”.
Məhəmməd Cəhromi bildirib ki, Azərbaycan rəhbərliyi və yüksək vəzifəli şəxsləri iki ölkənin münasibətlərində həmişə öz müstəqilliklərini göstəriblər: “Düşünürəm ki, Azərbaycan rəhbərliyi üçün öz ölkəsinin mənafeyi digər ölkələrin mənafeyindən daha önəmlidir”.
Xatırladaq ki, ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Stüart Levi iki gün əvvəl Azərbaycana səfər edib. Səfər zamanı ABŞ rəsmisi BMT-nin İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını Azərbaycan rəsmiləri ilə müzakirə edib.


                                                                                                              "Yeni xəbər" qəzeti 

Комментариев нет:

Отправить комментарий