Страницы

13.11.2010

Qloballaşma adlı bəla

Yusif Əsəd                Professional Oxucu Liqası 

 Qloballaşma sevsək də sevməsək də, istəsək də istəməsək də yox saya bilməyəcəyimiz bir fakt, bir reallıqdır.
 Əhəmiyyətli olan isə qloballaşma adı altında tədbirsiz, müdafiəsiz, nə etdiyini bilmədən süründürülərək sovrulub getməməkdir.
 Qloballaşma adı altında edilən hər şeyə boyun əyən, müzakirəsiz, alternativsiz qəbul edilən və razılaşan bir anlayış milli maraqlara böyük zərərlər verə bilər.
 Sovetlər Birliyinin 19 il əvvəl dağılması, Berlin divarının sökülməsi ilə sona çatan "soyuq mümaribə" dövründən sonra tək qütblü vəziyyətin meydana gəldiyi dünyada sabitlik və tarazlığı qurmaqda və qorumaqda gedərək çətinlik çəkdiyi ortaya çıxmaqdadır.
 ABŞ-da 2008-ci ildə başlayan və 1929-cu ildə yaşanan böyük böhrandan sonrakı ən dərin və böyük iqtisadi böhranın, başda inkişaf etməkdə olan ölkələr olmaqla gedərək bütün dünyanı təsiri altına aldığı bir dövr yaşanır.
 ABŞ, İngiltərə, Almaniya və digər inkişaf etmiş ölkələr, "azad bazar" müdafiəçiliyindən imtina edərək, böhrandan çıxa bilmək üçün ən kobud "dövlətçi" müdaxilələrə yönələn bir yola baş vurublar.
 Gedərək bir yırtıcıya bənzəməyə başlayan bazarların, nəzəriyyələrdə deyildiyi kimi "gizli əl" vasitəsiylə yollarını tapıb, salamatlığa qovuşa bilməyəcəkləri ortaya çıxıb.
 Beləcə iqtisadi müstəqilləşmənin sərhədsiz, idarəsiz olmasını və bazarların hər şeyin müqəddəratını həll etməli olduğunu müdafiə edən neoliberal yanaşma, elə bu anlayışın lokomotiv ölkələri tərəfindən həqiqətən tərk edilərək şirkətlərin və bankların qurtarılması formasına çevrilib.
 Lakin Azərbaycan da daxil olmaqla bəzi ölkələrdə dövlətin strateji prioritetləri və milli mənfəətləri yox sayılaraq, qazanclı, hazır istehsal və istehlak sahələri sürətlə xariciləşdirilir.
 Halbuki, Azərbaycanın xaricə bağlanmadan, ədalətli və nizamlı rəqabət içində iqtisadi siyasət tətbiq edərək, doğru və şəffaf şəkildə işləyən həqiqi bir bazar iqtisadiyyatını qura bilməsi lazımdır. “Əsrin müqaviləsi” adlı xalqın rəyi soruşulmadan bağlanmış riyakar və sümürücü müqaviləyə yenidən baxılmalı, Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftimizin İsrailə pulsuz axıdılması dayandırılmalıdır. Bu cür qondarma müqavilələri bağlarkən milli mənfəətlərin və strateji prioritetlərin diqqətlə qorunması lazımdır.
 Əgər qaçınılmaz bir fakt olan qloballaşma müddətini doğru bir şəkildə idarə edib, lazımlı tədbirlər təyin edilməsə və addımlar atılmasa təhlükəsizlik sahəsində də, iqtisadiyyatda da, çox ciddi təhdid və risklərlə qarşı-qarşıya qamaq da qaçınılmaz olacaq.

Комментариев нет:

Отправить комментарий