Страницы

16.11.2010

AYDAN QONAQ GƏLİB

        Mədəniyyət və turizm şöbəsinin müdiri "belaya qoryaçka"dan müalicə olunurmuş
  

         Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Elşad Əzizova şanlı məktub

 Sovetin vaxtında olan bir çox nəmənələr indi dəbdən, istifadədən və mənadan düşüb. O vaxtlar deyəndə ki, "sabah yağış yağacaq", axşamdan çətirləri hazırlayardılar, müvafiq geyim haqda düşünərdilər. İndi "yağış yağacaq" deyiləndə bəziləri cibxərcliyini çox götürür, bəziləri telefonla mesaj atır, bir çoxları gözünə eynək geyinir (?), bəziləri maşınlarını yuduzdurur, şairlər də həmin gün məhəbbət şerləri yazırlar... Hansı məntiqlə, hansı əsasla etdiklərini başa düşə bilmədiyin üçün sən köhnə adam da ya havalanırsan, ya da özünü dünyanın ən kütlərindən biri sayırsan. Vallah, adam bunlardan soruşmağa da utanır ki, axı bu nə hoqqadır çıxarırsınız.
 Hoqqa demişkən, kiminsə işdən çıxarılmasını eşidəndə mənim "yaxşı eləyirlər, yerində müasirlərini gətirəcəklər, köhnələri silib iş qabiliyyətini artıracaqlar, rahatlıq yaradacaqlar" sözlərim bomba effekti verirdi, sən öl. Ətrafımdakı məsələdən hali olanlar mənə əsl dəliyə, əlacsız xəstəyə baxan kimi təəssüflə baxdıqlarını gördüm. Birinin isə mənə lap çox yazığı gəldi, hətta qoluma girib məni şərəfə nail elədi və yana çəkib danladı da:
-Mən səni bir ağıllı-başlı adam bilirdim, doğrudan da indi dediyin bu sözlərə inanırsan, yoxsa bu da sənin bizlə prikolundu?
-Əstəğfürullah, sil vo ple, ay brat, prikol nədi, ağlım kəsəni deyirəm.
-Nəyin, ağlın? Elə ona görə də “belaya qoyaçka”lı o yoldaşın evinə aydan da qonaqlar gəlir, sən isə gözünü monitora tikməklə şüa qəbul eləməkdəsən. Kişi, harada görmüsən ki, bunlar camaatın rahatlığını fikirləşələr? Hamı öz cibini fikirləşir, bir də ki öz “lyubovnitsa”sının yerini rahatlasın, qalanları batsa da batsın. Birini çıxarırlar, sonra o birindən pul alıb onun yerinə qoymaq istəyirlər. Sonra yenə əvvəlkini çağırırlar, deyirlər, sən indi bir az çox gətir, onu təyin eləməyək, elə səni saxlayaq.
 Ağlıma batdı. "Əvvəlcə tikmək lazımdır, sonra sökmək olar!” Əsl azərbaycanlı hikməti, normal düşüncə məhsuludur. Başınızı çox yormayım, deməyim odur ki sizin kadrların yeniləşməsi siyasətiniz camaatı çapıb talamaq üçün vasitədir və halallıq adlanan söz, ümumiyyətlə, yaddan çıxıb. Axırı harada qırıldı, qırıldı. Amma mütləq qırılacaq, Elşad müəllim, geci-tezi var...
 İşdən çıxarılmış muzey direktorunun "Azadlıq" qəzetinə məktubundan sətirləri sizin də nəzərinizə çatdırıram:
 "Muzeyə direktor təyin olunan gündən Elşad Əzizov mənimlə yola getmirdi. Bunun da səbəbi məndən aylıq hesab istəməsidir. Mən ona aylıq hesab vermədiyim üçün həmişə aramızda problem olurdu. Elşad Əzizovun psixoloji vəziyyəti də onun Cəlilabad rayonunda yüksək vəzifədə işləməsinə imkan vermir. Elşad Əzizov 1998-ci ildə Bakı şəhərində keçmiş Osepyan 40 ünvanında yerləşən dispanserdə “belaya qoryaçka” xəstəliyindən 6 ay müddətində müalicə olunub. 2009-cu ilin avqust ayında uzun müddət müalicə olunmadığı üçün xəstəliyi yenidən baş qaldırmışdı. 3 ay işə gəlmədi. Həyat yoldaşına və qayınatasına bıçaqla xəsarət yetirdiyi üçün onlar onu polisə vermişdilər. Lakin bu biabırçılıqdan sonra Elşad Əzizov işdən çıxarılmadı. Onun təkcə mənimlə deyil, şöbənin başqa işçiləri ilə də dəfələrlə problemi olub. İşlədiyi 2 il müddətində 6-7 dəfə işçilər tərəfindən məhkəməyə verilib. Hər dəfə də haqsız olduğu üçün uduzub. Bütün işçilərlə problemin əsas səbəbləri aylıq hesab istəməsi və şəxsiyyətlərini alçaltmasıdır. Belə bir təsadüfi, ağzını təhqir və söyüşlə açan adamın bir rayonun Mədəniyyət və Turizm şöbəsinə başçılıq etməsi düzgündürmü? Kimə arxayın olmasına baxmayaraq psixoloji problemi olan adamın vəzifədə işləməsi yolverilməzdi”.
 İzaha ehtiyac yoxdur. Görün bizdə mədəniyyətə kimlər rəhbərlik edir?
 Sabah çox cəsarətlə, bircə qram çəkinmədən deyə bilərlər ki, "haqq, ədalət, insaf, mürvət, humanizm, insanpərvərlik, nəciblik"... kimi söz və anlayışların istismar müddəti başa çatıb, onları ləğv eləmək lazımdır. İstədim bir siyahı tutam ki, nələrin istismar müddəti ötüb. Çox nəhəng siyahı alınır, ən vaciblərini sayım: sizin kimilərin belə işlərə rəhbərlik etməsi nəticəsində elmin, təhsilin, mədəniyyətin istismar müddəti ötüb, ya da çox qəzalı vəziyyətdədir. Mentalitet canını tapşırıb. Kişiliyin, cəsarətin mayasına elə haram qatılıb ki, elə hər mənada istismar müddətləri və "srok qodnosti"ləri keçib. Belə görünür ki, ailənin, sədaqətliliyin, dostluğun, yerliliyin, vətənpərvərliyin, ismətin, tərbiyənin də istismar müddətləri başa çatıb...
 Tağı müəllim demiş, burcutmağın da yeri yoxdur, kim bacarır çox versin. İş yeri var, zalım balası?! Bütün bu ixtisarlar, yerdəyişmələr hamısı puldur ey... Pulu isə halal yolla, kişi kimi qazananda yaxşı görünür, Elşad müəllim, istismar müddəti də daimi olur. Səndə də günah yoxdur, azdan-çoxdan başa düşürəm, mentalitetə riayət eləyirsən...
 P.S. Səndə vəziyyət necədi, əziz oxucu, bu cür şeyləri oxuduqca sökülüb dağılırsan, yoxsa hələ istismar müddətin normaldı, hə?

                                                                                                              İbrahim Fərhadoğlu

Комментариев нет:

Отправить комментарий