Страницы

22.11.2010

Bizdə internet - əsəb mənbəyi, pul tələsi...

Samir Süleymanlı
Gəncə Media Mərkəzi
Azərbaycanda internet istifadəcilərin sayı artdıqca, provayderlərin keyfiyyətsiz işləri və manipulyasiyaları da artır.
Bir çox internet istifadəçiləri internetə evlərində qoşulmaq imkanı olduğunu, lakin ümumilikdə internet xidmətlərinin baha və keyfiyyətsiz olduğunu söyləyir.
Məsələn, «Aztelekom»  provayderinin istifadəçiləri, bir qayda olaraq internetə qoşulmaq üçün xeyli  zaman itirdiklərini bildirdilər. İstifadəçilər «İndi bu istiqəmətdə olan xətlərə tələb çox böyuk olduğuna görə üzür istəyirik, bir azdan zəng etməyinizi xahiş edirik, bu zəngə görə ödəniş tələb olunmur»- cümləsindən artıq bezdiklərini bildirirlər. «Aztelekom» provayderindən kart vasitəsi ilə istifadə edənlər onu da bildirdilər ki, internetə qoşulduqları təqdirdə  sürətin çox aşağı olması onların görəcəyi işin zamanını uzadır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmiləri isə hər bir istifadəçi qrupuna münasib qiymət və keyfiyyətin təklif olunduğunu bəyan edir. Nazirliyin Gəncə şəhər Telekommunikasiya İdarəsinin internet üzrə şöbə müdiri Elçin Verdiyevin dediyinə görə, bu cür problemlərin yaranmasına səbəb hələ ki, şəhərimizdə internetin yayımı üçün kefiyətli texnikanın olmamasıdır. Lakin yaxın zamanlarda bu cür problemlərin aradan qaldırılması üçün işlər görüləcək və dövlət tərəfindən ATS-lərimiz internet yayımı üçün lazımı yeni avadanlıqlarla təmin olunacaqlar. Qiymətlərlə bağlı isə E.Verdiyev onu bildirdi ki, kart vasitəsi ilə internetə qoşularkən qiymətlər 1 saat üçün 0.20 manatdır, lakin onların provayderlərində müxtəlif güzəştlı kartlardan istifadə etsələr, bu qiymət 0.04 – 0.15 manatadək dəyişə bilər. Rabitə və informasiya Texnologiyaları Nazirliyinin Gəncə şəhər üzrə nümayəndəsi, mühəndis Rauf Bədirbəyli isə, «Aztelekom»un iş keyfiyyətində bu cür problemlərin olmasına səbəb, provayderdə baş verən texniki nasazlıqlarla bağlı olduğunu dedi. R.Bədirbəyli onu da qeyd etdi ki, hazırda Gəncədə bu provayderin xidmətindən istifadə edənlərin sayı 1200 nəfərdən çoxdur və istifadəcilərdən bəziləri internetə giriş zamanı qarşılaşdığı problemə səbəb həqiqətən müəyyən vaxt istifadəcilərin sayı çox olmasıdır. «Aztelekom» provayderində eyni vaxta 300-400 nəfər istifadəçinin qoşula bildiyini də deyən R.Bədirbəyli ATS-dən uzaq olan abunəçilərin istifadə etdikləri sürətin az olmasının
 səbəblərindən birinin də xəttin (telefon naqilinin) uzun olması ilə izah etdi. Mühəndis onu da bildirdi ki, gələcəkdə bu problemləri həll edilməsi üçün lazımı işlər görüləcək və  istifadəcilərə səbirli olmalarını tövsiyə etdi.
Mütəxəssislər isə keyfiyyətin aşağı olmasını ilk növbədə provayderlərin aldıqları trafikdən daha çox qazanc əldə etmək üçün onu normadan daha çox istifadəçilər arasında bölüşdürməsiylə izah edir. Onların fikrincə, bu cür manipulyasyalar internetin keyfiyyətinə amansız təsirlə nəticələnir. Provayderlər isə deyilənlərlə razılaşmır və trafikin normadan çox istifadəçiyə satılmadığını söyləyirlər. Onlar bildirirlər ki, alınan internetin həcmi nəzərdə tutulandan çox istifadəçiyə satılsa, keyfiyyətlə bağlı müştərilərin sayı azalar, bu da provayderin rəqabətdə uduzması ilə nəticələnər. Provayder şirkətlərin rəsmiləri bəyan edir ki, texniki itkilər də sürətin aşağı düşməsinə səbəb olur. Telefon şəbəkəsi xətlərinin bəziləri səs ötürmək üçün nəzərdə tutulduğu halda, bundan internet üçün istifadə edilməsi də internetin keyfiyyətinin azalmasına gətirib çıxardır. Amma istənilən halda itki 10 faizdən çox ola bilməz.
Azərbaycanda internetin qiymətlərinin baha olmasının səbəblərini öyrənmək üçün isə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə əlaqə saxladıq. O, bildirdi ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə ən keyfiyyətsiz və ən baha internet olan ölkə olaraq qalmaqdadır:
”Bahalıqla bərabər, xidmət elə o qədər də keyfiyyətsizdir” – deyən müsahibimiz bunun kökündə ilk növbədə, bazarda azad, sərbəst rəqabətin olmamasının durduğunu bildirdi.
«Hələ də bizim internet bazarında sərbəst və azad rəqabət formalaşmayıb. Azərbaycanda olan 30 provayderin hamısı interneti bir nöqtədən alır. Qiymətə təsir edən faktorlardan ən əsası elə budur. Amma məsələ təkcə bununla bitmir. Çünki həmin nöqtədə provayder qiymətləri son 2 ildə 7-8 dəfə aşağı düşsə də ikinci dərəcəli provayderlər qiymətləri cəmi 3-4 dəfə aşağı salıb. Bu da böyük bir fərq yaradır”.
 Osman Gündüzün sözlərinə görə, Azərbaycanda internetin qiyməti ucuzlaşsa da, sürətin artması ilə bağlı ciddi addım atılmayıb, xidmətin keyfiyyəti yenə aşağıdır. Bunu yalnız inhisarçılıqla izah etmək düzgün olmazdı.  «Problemin kökü ikinci dərəcəli provayderlərdədir ki, onlar öz aralarında gizli sövdələşmə apararaq, qiymətləri eyni səviyyədə saxlayırlar». Müsahibimiz Azərbaycanda internetin vəziyyətinin ölkənin mövcud potensial imkanları ilə müqayisədə, qənaətbəxş olmadığını da bildirdi. İnternet istifadəçilərə 1 meqabit tutum verməlidirsə, əslində həcm və sürət bundan 2-3 dəfə az olur. Bu da provayderlər tərəfindən qanun pozuntusuna yol açır. Bu qanunsuzluqla rastlaşan hər bir internet istifadəçi məhkəməyə müraciət edə bilər”.
Qeyd edək ki, statistikaya görə
 ölkəmizdə əhalinin 40 faizi internetdən istifadə edir.

Комментариев нет:

Отправить комментарий