Страницы

13.11.2010

Türkiyə haqq yoldadır!

Vüqar Ağazadə  
Professional Oxucu Liqası

 Əvvəllər Osmanlı İmperatorluğu Yaxın Şərqin tək hakimi idi. Bu vəziyyət 400 il davam etdi, ta ki I Dünya Müharibəsinə qədər. Bu tarixdən sonra güc döyüşü qazanan tərəfə keçdi, yəni İngiltərə və Fransaya. Bu iki ölkə, Yaxın Şərqin yeni xəritəsini çəkməyə başladı və bölgə ölkələrinin yeni tarazlıqlarını qurdular.
 Bu vaxt Atatürkün rəhbərliyində yeni Türkiyə, (Osmanlı İmperatorluğunun varisi) bölgədən üz döndərdi, Avropa və Qərbə yönəldi. Ancaq İngiltərə və Fransa, II Dünya Müharibəsinin sonuna qədər bölgədə aktiv rol oynamağa davam etdi.
 Bu tarixdən sonra bölgədə və dünyada iki yeni güc ortaya çıxdı (ABŞ və SSRİ). Bu güclərin çıxmasıyla birlikdə İngiltərə və Fransanın bölgə və dünya üzərindəki gücləri kölgədə qaldı. Bu iki güc, Yaxın Şərqin coğrafiyasını yenidən çəkməyə başladı. II Dünya Döyüşündən sonra Ərəb bölgəsi ölkələri, məsələn, İraq, Suriya, Liviya və Əl-Cəzair Sovetlər Birliyinin köməyilə yeni nizamlamalara qarşı müqavimət göstərdi və Fələstin məsələsi bölgədəki ərəb ölkələrinin əsas müqavimət simvolu oldu.
 ABŞ-ın tam dəstəyini alan İsrail, bölgədə söz sahibi olmağa başladı. Qərbin ərköyün uşağı İsrail, bölgədəki Ərəb ölkələrinə həyasızcasına davranmağa başladı. Qərbin və ABŞ-ın tam dəstəyini əlinə aldı, Ərəb ölkələrinin passiv qalmasıyla birlikdə bölgədə istədiyi kimi davrandı.
 Bunların son nümunəsi isə əvvəl Livana sonra Qəzzaya etdiyi hücum və mühasirədir. Bu vəziyyət qarşısında Ərəb rejimlərinin səssiz qalması, Ərəblərin bölgədəki gücünü tamamilə iflic etdi.
 Ancaq son dövrdə, bu ədalətsiz mövqelərin dəyişəcəyini hiss etməyə başladıq. Bölgədə yeni güc halına gələn və bölgədə aktiv siyasət aparan Türkiyə, bölgədəki daşları yerinə oturtmağa çalışır.
 Türkiyənin bölgədə oynadığı rol getdikcə əhəmiyyət qazanır: İsrail ilə Suriya arasında bilvasitə görüşmələri möhkəmlətmə, İslamabad ilə qəbul görüşmələrinə ev sahibliyi etmə və İranın nüvə proqramına həll tapma səyləri, bütün bölgə və xüsusilə Ərəb ölkələri tərəfindən hörmətlə qarşılanır.
 Ancaq bəziləri Türkiyənin, bölgədəki bu sülhsevər rolunu həzm edə bilmir və bu yüksələn roluna maneə törətmək istəyir. Türkiyənin böyüməsi və bölgədə söz sahibi olması İsrailin maraqlarına uyğun gəlmir. Çünki Türkiyənin böyüməsi, bölgənin nizamlamalarını yerinə oturdacaq və İsrail bölgədə hər istədiyini edə bilməyəcək.
 İsrailin Azadlıq Gəmisinə hücum etməsi, Türkiyəyə bir xəbərdarlıq xüsusiyyəti daşıyır. Ancaq Türkiyə, sahib olduğu hərbi və iqtisadi güclə bölgədə və dünyada səsini eşitdirəcək bir güc olmağı bacardı. Türkiyənin bu yüksəlişində ən böyük itkini İsrail alacaq.
 Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu cəhdi, Türkiyənin dünya səviyyəsində bir güc olmasının bir göstəricisidir.

Комментариев нет:

Отправить комментарий