Страницы

09.12.2010

Bu cür demokratiya kimə lazımdır?

Ülvi Məmmədli      
Professional Oxucu Liqası
Azərbaycan Müəllimlər İnstitutu

 Son zamanlar Azərbaycanın bəzi Kütləvi İnformasiya Vasitələri (KİV) tez-tez elə hey bu Qərb və demokratiya mövzusunu gündəmə gətirirlər. Məsələn, bəzi KİV-lər deyirlər ki, demokratiya anlayışının Yunanıstanda meydana gəlməsinə baxmayaraq, demokratiya hal-hazırda Avropa və Amerika Birləşmiş Ştatları (ABŞ)- Qərbin az qala milli sərvətinə çevrilib. Yəni demokratiya, insan haqları, vicdan azadlıqı, vətəndaş cəmiyyəti, söz azadlıqı və s. şeylər elə ancaq Qərbə məxsus anlayışlardır...
 Mən elə lap əvvəldən Avropa və ABŞ-da- Qərbdə tam demokratiyanın olmasına bir az şübhə ilə yanaşırdım. Bu yaxınlarda isə mən Qərbdə demokratiyanın olmamasına tam əmin oldum. Bəzi oxucular da mənim bu yazdıqlarıma şübhə ilə yanaşacaqlar (bəlkə də məni “boş-boş danışmaqda” belə suçlayacaqlar). Neynək, onda deməli vəziyyət belədirsə, mən də bu şübhəli oxucularımın nəzərinə Qərb haqqında apardığım bəzi tarixi qeydləri şərhsiz çatdırmaq istərdim.
 Böyük Britaniya höküməti heç bir səbəb olmadan 1920-ci ildən başlayaraq İslam torpağı olan Fələstini işğal edir. Yerli müsəlman əhalisinin bir hissəsini hər cür vəhşililkə qətlə yetirir, bir hissəsini isə Fələstin torpaqlarından- doğma yurd-yuvalarından didərgin salaraq xaricə sürgün edirlər. Fələstinlilərin yaşadıqları ərazilərə dünya xalqlarına meydan oxuyan, sərvətləri çapıb-talayan cühudları köçürdürlər. Daha sonra isə, yəni 1947-ci ildə 27 illik işğaldan sonra ingilis əsgərləri Fələstini tərk edir, amma silahlarını yəhudi dəstələrinə vermək şərti ilə. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1947-ci il noyabrın 29-unda belə bir qərar çıxarır ki, Fələstini iki yerə bölüb, iki dövlət yaratsınlar. Biri ərəb dövləti olsun, digəri isə yəhudi dövləti. Bəli, hadisənin üstündən bir az keçəndən sonra yəhudi (İsrail) dövləti yaradılır. Amma Ərəb (müsəlman) dövləti yaradılmır! Beləliklə, Fələstini tərk etmiş yerli müsəlmanların sayı bir milyonu ötür. 1918-ci ildə Fələstin əhalisinin 8%-ini təşkil edən yəhudilərin sayı 1948-ci ildə 80%-ə çatır.
 ABŞ-nın o vaxtkı prezidenti Harri Trumenin icazəsi ilə, atom bombasının Yaponiyanın iki şəhərində istifadəsi qərarlaşdırılır və 1945-ci ilin avqust ayının 6-sı səhər, ilk atom bombası bombardıman təyyarəsi ilə Xirosimaya, üç gün sonra isə (yəni avqustun 9-unda) ikinci atom bombası Naqasakiyə atılır. Bu iki bombanın enerji və radiasiya təsirləri nəticəsində iki yüz mindən çox adam tələf olur. ABŞ bombardımanı davat etdirəcəyini elan edərkən 15 avqustda Yaponiya təslim odur. ABŞ-ın dünya xalqlarına qarşı genosid siyasəti indi də davam edir.
 XXI əsr prezident Corc Buşun icazəsi ilə ABŞ ordusu növbəti dəfə, özünün “istehsal” etdiyi dünyanın ən populyar və bir nömrəli terrorçusu Usamə Ben Ladenin Əfqanıstanda olduğunu bəhanə gətirərək, guya onu tutmaq məqsədilə Əfqanıstanı işğal edir və özünü ora yerləşdirib bayrağını sancır. İşğal nəticəsində minlərlə əfqan şəhid olur, Əfqanıstanın milli, mədəni, tarixi abidələri və digər şeyləri məhv edilir. Amma Ben Ladeni tapmaq olmur ki olmur. İşğal davam edir...
 2003-cü il. Prezident Corc Buşun icazəsi ilə ABŞ ordusu bu dəfə diktator Səddam Hüseynin “sözə baxmadığını” əsas gətirərək İraqı işğal edir. İşğal nəticəsində bir milyondan çox iraqlı şəhid edilir, İraqın milli, mədəni, tarixi abidələri və digər şeyləri məhv edilir. İraq sözün həqiqi mənasında xarabalığa çevrilir. Burada da kürdlər əsas mövqelərə yeridilərək xalqa qan uddururlar. Müsəlmanların Qurban bayramı günü əsir alınmış Səddam Hüseyn hamının gözü qarşısında “qurban” kəsilir. Genosid davam edir...
 Bir az sonra isə İsrail höküməti “Hizbullah”ı səbəbsiz-filansız terror təşkilatı elan edərək Livanı bombalayır. Minlərlə livanlı qırılır. İşğal davam edir. Yenə...
Görəsən bu tarixi qeydlər az olmadı kı?
 Yəhudilərin qarmağında olan ABŞ həmişə hegemonluq, müstəmləkəçilik siyasəti yürüdüb. Həmişə Şərqin düşməni olub. Şərqin dəyərlərini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, əxlaqını məhv etmək istəyib və bacardığı qədər edib də. Onun və mənfur İsrail rejiminin qoşunlarını yeritdiyi və söküb dağıtdığı yer həmişə Şərqə olub. Fələstin, Yaponiya, Əfqanıstan, İraq, Livan və s.
 Belə bir deyim var ki, Günəş (və eləcə də hər şey) həmişə Şərqdən çıxır, Qərbdə batır. Heç vaxt Günəş Qərbdən çıxmır. Yalnız bir dəfə Günəş Qərbdən çıxacaq. O da ki, dünyanın sonunda– Qiyamət günündə.
 Bəlkə də ABŞ dağılmağa məhkumdur, ona görə...

Комментариев нет:

Отправить комментарий