Yusif Əsəd
Bu sətirləri "Sion müdriklərinin protokolları"nı oxuyandan sonra yazdım
Bir gün bir maral çöllükdə yem gəzə-gəzə gəlib bir meşəyə çıxır. Meşə də ki nə meşə, cənnət kimidir! Hər yer göylük-çəmənlik, nə qədər istəsən yeməyə ot var. Maral otlamağa təzə başlamışdı ki, birdən bir canavar peyda oldu. Marala tərəf gəlib dedi: «Səni yeyəcəyəm!». Maral soruşdu: «Niyə?». Canavar: «Çünki mən acam». Maral: «Bu düzgün deil. Mənim də yaşamaq haqqım var. Mən də bu gözəl yerdə qalıb, doyunca yeyib, yaşamaq istəyirəm». Canavar: «Düzdür, sənin də yaşamağa haqqın var, amma bu gözəl yerdə deyil! Çöllüklərdə! Bura bizim kimi güclülərə aiddir». Maral: «Bu ədalətsizlikdir. Sən oturasan bol yemin içində, mən isə boz çöllüklərdə əzuqə həsrətində qalam?!» Canavar: «Sənə ədalətin çöllüklərdə, səhralıqdadır, burda deyil. Bu gözəl yerdə yaşamaq üçün güclülər gücsüzləri yeyir. Sən də güclü ol, burda yaşa! Sən çöllükdə doğulmusan, ac qaldın tox qaldın, mənə aid deyil. Boz çöllüklərdə doğulanlar elə orada da yaşamalıdırlar, bolluq olan yerdə deyil!»
Bunu deyib canavar maralın üstünə atıldı. Maral nə qədər dedisə: «Ədalətsiz qüvvə gücsüzdür», heç kim dadına çatmadı. Yem axtarırkən yazıq özü canavara yem oldu.
Həə… Maral bir şeyi fikirləşməmişdi. Ki güclü olub orda yaşamaq üçün onu yemək istəyən güclülərə ya: «Mənim arxamda canavar durur» deməlisən, ya da «Mən pələngin adamıyam» bağırmalısan. Başqa yolu yox…
Комментариев нет:
Отправить комментарий