Страницы

16.12.2010

Mobil soyğunçular

Zaur Ağalaroğlu
Professional Oxucu Liqası

  Başqa sahələrdə milləti necə çapıb-talayırlarsa, mobil rabitədə də eyni çapqınçılıq davam edir

 Yəqin ki, siz də teieviziyada mobii telefon operatorlarının reklamlarından bezmisiniz. Reklamının 1 dəqiqəsi az qala 1000 manat olan telekanallarda gün ərzində az qala 50-60 dəqiqə reklama pul verən mobil operatorlar nədən belə bədxərclik edir? BakCELL-in reklamına nəzər salaq- diktor bağıra-bağıra car çəkir ki, kim yeni kontur yükləsə, ona 100 kontur hədiyyə ediləcək. Həmin 100 konturun qiyməti isə 50 qəpikdir. Hazırda dilənçilər belə bu məbləği çətinliklə götürür.
 Yaxud AzərCELL-i götürək. Guya endirim kompaniyasına başlayıb. Televiziyada açıqamasa da, öz müştərilərinə göndərdiyi mesajlarda göstərir ki, kim 3 dəqiqədən, 180 saniyədən çox danışsa, ona 50 faiz güzəşt ediləcək. Çoxlarına sirr deyil ki, indi əksəriyyət «vızıv» verə-verə, salamsız-kəlamsız 20-30 kontur, yarım dəqiqəni güclə danışır ki, konturu qurtarmasın. Elə 3 dəqiqəni danışan, qalanını da danışar da. 
 NarMobil isə dəqiqəni kontura, konturu manata qarışdıra-qarışdıra aləmi elə qatır ki, gərək 2 mühasib tutasan araşdırsın, nə sərf edir, nə sərf eləmir.
 Nəzər alsaq ki, hələ bir müddət əvvəl Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bəyan etmişdi ki, 10 gün ərzində yuxarıda adları çəkilən operatorlar şəbəkə daxili danışıqlarda endirim edəcəklər. Lakin olmadı. Monopolistlər asan gəlir mənbəyini əldən vermək istəmirlər. Bu gün bütün qonşularımızda- Gürcüstandan İranadək, Rusiyadan tutmuş Türkiyəyədək mobil telefonlarda danışıq qiymətləri bizdən qat-qat ucuzdur. Digər sahələrdə milləti necə çapıb-talayırlarsa, mobil rabitədə də eyni çapqınçılıq davam edir. Bunun günahı hökumətdədir. Çünki hökumət indiyədək mobil rabitə bazarında bir şirkətin hökmranlığına şərait yaradıb. Hökumət 5 ildən sonra bazara üçüncü mobil operatorun buraxılmasına dair öhdəlik götürsə də, bu prosesi 10 ilə qədər uzatdı.
 Bu yaxınlarda beynəlxalq qurumlar Mobil danışıq qiymətlərinin baha olduğu ölkələrlə bağlı araşdırma aparıb. 180 ölkə arasında aparılan sorğuya görə Azərbaycan 46-cı yeri tutur. Hesabatda 25 standart zəng və 30 mesaj əsas götürülür və bunun üçün ayda 15-30 dollara arasında xərc çox bahalı hesab olunur. Azərbaycanın xərcləri 15 dollar təşkil edir. 
 Aylıq xərci 6 dollar təşkil edən Rusiya siyahıda 148-ci yeri, Ermənistan 8 dollar xərcilə 121-ci, ABŞ 5 dollar xərcilə 150-ci yeri tutur. Qırğızıstanda bu rəqəm 6,5 dollardır. Ukrayna isə siyahıda 110-cu yeri tutur. Özbəkistanda aylıq xərclər 2 dollar, Qazaxstanda 11 dollardır. Bahalığın səaiyyəsinə görə, Azərbaycanı yalnız Türkmənistan və Gürcüstan üstələyir.
 Telekommunikasiya İttifaqının hesabatında isə Azərbaycan dünyanın 5 ən bahalı telefon danışığı olan dövlətlərdəndir. Üstəlik, Azərbaycan adambaşına düşən telefon aparatlarının sayına görə də orta və orta-aşağı yerlərdən birini tutur.
 Araşdırmalar onu göstərir ki, mobil rabitə sistemimizdə ucuzlaşmanın baş tutmaması təkcə mobil operatorların günahı deyil. Məsələ ondadır ki, bu bazarda sərbəst və azad rəqabət formalaşmayıb. Bazara son daxil olan operatorlar qiymətləri həddindən ziyadə ucuzlaşdırsa da, digər operatorlar danışıq qiymətlərində əhəmiyyətli dəyişikliklər etmirlər ki, ümumilikdə ölkəmizdə mobil telefon danışıqlarının qiymətləri ucuzlaşsın. Mobil operatorlar hələ də ara bağlantıların qiymətini endirməklə bağlı qərar verməyə tələsmir. Çünki, mobil operatorların rəsmən qeyd olunmayan digər xərcləri də çoxdur. Təsəvvür edin ki, 3 mobil operator sözügedən nazirliyin kassasına dövlətə məxsus tezliklərdən istifadə ilə bağlı 20 milyon manat ödəyirlər! Özü də aylıq. Dünyada belə mexanizm mövcud deyil!
 Necə deyərlər, bacarana (Azərbay)can qurban!

Комментариев нет:

Отправить комментарий