Страницы

08.12.2010

Elşadın həvəsi, Nadirin striptizi və ya tülkü Həccə gedir

Sofya Sadıqlı

Nadir Qafarzadənin striptizi

Bircə bu çatmırdı. Sən demə, Nadir Qafarzadə seksual imiş. Dağıl, a dünya, dağıl... Rusiyada yaşayan iş adamı İlqarın sıcak dostu müğənni Nadir Qafarzadə vaxtilə Ilqara həmqafiyə olmaq üçün adını dəyişib Eldar qoymuşdu. O, İlqara xoş gəlmək və daha çox pul qazanmaq üçün hətta dodaqlarını da silkonla şişirtmişdi. Nadir bağışlayın, Eldar o zaman İlqarın xoşuna gəlmək üçün hətta qaşlarını da aldırdı. Aman ya Rəbbim! Adam “seksual” olanda nələrə qadir olarmış? Bu sualın cavabını da eləcə özüm verəcəm. İnsan Nadir kimi “seksual” olanda doğrudan da hər şeyə qadir olarmış. Ağlınıza başqa fikir gəlməsin. Yəni bahalı maşınlar, bahalı villalar. Yığıb-yığışdıra bilmədiyi pullar, pullar...
Hə, Nadir seksual olduğunu isbatlamaq üçün strpitiz göstərirdi. Bu Zara adlı “seksi” aparıcının yeni verilişində idi. Elə öz aramızdı Zara da pis deyildi. Yataq paltarında, yataq ab-havasında. Yaşasın millət, yaşasın qeyrət! Bax, ha bu da Nadirlə-Eldar kimi tutaş oldu.

Hüseyn Dərya Kərbəlaya gedib

“İndi isə reper Kərbəlayi Hüseyn Dərya çıxış edəcək”. Bundan sonra onu belə təqdim edəcəklər. Maraqlıdır. Axı şouxanamızın əziz-xələf reperi Kərbəlanı ziyarət edib. Amma o da maraqlıdır ki, Hüseyndə heç bir dəyişiklik baş verməyib. Elə köhnə hamam-köhnə tasdır. Birdə ki nə dəyişəsiydi? Guya primadonna İlhamədə nə dəyişdi ki, başqalarında ziyarətdən sonra nəsə dəyişə. Bunlar boş söhbətlərdi. Əsas pul qazanmaqdır, nə yolla olur olsun. Çünki pul bu gün təkcə şouxanada deyil, elə həyatmızda da ən vacib amildir. Axı pulu olmayana kim salam verir ki? Elə götürək, Hüseyn Dəryanı. Yazıq vaxtilə narkotik aslılığından əziyyət çəkəndə, vərəm dispanserində yatanda itirib-axtaran yox idi. Çünki pulsuz idi. Yadımdadı. Bir dəfə onu Fəvvarələr meydanında gördüm. Dispanserdən təzəcə çıxmışdı. Çox pis görkəmdə idi. Biz beş-altı jurnalist ona yaxınlaşıb, salamlaşdıq, hal-əhval tutduq. Hüseyn yazıq görkəm alıb dedi: “Məni hamı unutsa da siz jurnalistlər unutmursuz. Çox sağ olun”. Bax belə. Amma indi Hüseyni çoxları xatırlayır tez-tez. Çünki onu şouxanamızın vitse-prezidenti Murad Dadaşov nəzərində saxlayıb. Yəqin eşitmisiz, qocalarımızın belə bir duası var: Səni görüm nəzərdən düşməyəsən.
Amma Muradikin nəzərinin də öz səbəb-məqsəd və nəticələri var. Murad Hüseyni ona görə şouxananın tərəzisinin yuxarı gözünə qoyub ki, Elşad Xose aşağı gözdə dayansın. Dəhşətli dərddi. Xoseni anlamamaq olmur. Dərdinizə şərikik. Onsuzda biz qələm əhli siz şou əhlinin ancaq pis günündə yada düşürük. Qalan günlər, keçi handa, qaya handa. Məsələn, jurnalistlərin qələmi hesabına ortalığa çıxan Röya oğlunun ad günündə onlara arxa çevirdi (əlbəttə məcazi mənada).

Aygün Kazımova yenə doğratdıracaq

Daha çox plastik əməliyyatlarının sayı və açıq-saçıq şəkilləri ilə gündəmdə qalmağa çalışan müğənni Aygün Kazımova yenə də bıçaq altına düşəcək. Bu dəfə o, çox ağır əməliyyat olunmasa da həvəsinə bəs demir. Aylı günlü tatuyajı ilə çoxlarına örnək olan müğənninin bu əməliyyatı yeni proyekti üçün nəzərdə tutulub. Deyilənlərə görə, bundan qabaqkı əməliyyat sırf Namiq Qaraçuxurlunu əldə saxlamaq məqsədiylə edilbmiş.
Hər nə məqsədə edirsə etsin, təki yastığı yüngül olsun. Yoxsa səhnəmizin Ayı-Günü kim olar? Allah eləməmiş kimi Aygün gedər Rəqsanə çıxıb bağırar ki, “a bala, tatuyaj tatuyajdısa birini də mən döydürmüşəm. Özü də mən də Aygün kimi biləngimə döydürmüşəm. Vəsslam, onu əvəz edə bilərəm”. Odur ki, yeganə əlacımız Aygünün şouxanadakı yerində ömürlük oturması üçün dua etməkdir.

Eltonla Rəqsanə barışdı, küsdü. Yenə barışdı...

Son günlər şouxanamızda ən çox Eltonla Rəqsanədən danışılır. “Son qoyaq” duetiylə bütün münasibətlərə son qoyaraq, bir-birini el-oba arasında rüsvay edən cütlük yenidən barışıb. Rəqsanə bu aralarda Eltonun ona 14 min manat borcu olduğunu və bu pulu qaytarmadığını, onun həyat yoldaşının vaxtilə diskdaşıyanı olduğunu deyib ailəsinə və özünə çirkab atsa da sonda hər şey əla oldu. Yəni yenidən barıışıb can deyib, can eşitdilər. Yaxşıdı. Deyir utanmasan oynamağa nə var ki...
Ya bəlkə də nə bilmək olar, onlar bu yolla diqqəti yeni duetə çəkmək istəyiblər. Şou-biznesdir də. Bir biznesin ki adı şou ola, nə desən gözləmək olar.

Günelin qızılları oğurlanıb

Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalovanın qızılları oğurlanıb. Hadisə Günelin Türkiyədəki evində baş verib. Əgər xatırlayırsızsa, Türkiyədəki azərbaycanlı model Nigar Talıbovanın da bir zamanlar qardaş ölkədə evi talanmışdı. O zaman Nigar uzun müddət mətbuatın gündəmindən düşmədi. İndi bu Günelin də qızıl oğurluğu ya yalandır, ya gerçək ya da sadəcə şoudur. Çünki eyni ssenari təkrarlanıb. Nigarda olduğu kimi Güneldə də evi xidmətçilər talayıb. Amma daha maraqlısı odur ki, Günel xanım hansı qızıllarının oğurlandığını bilmir. Çünki zalım balasının o qədər qızılı, varı-dövləti var ki day sayını-hesabını da itirib. Elə Günel də sadəcə bunu demək və nümayiş etdirmək istəyirdi.

Oksana oynayacaq Elşad rep deyəcək

Hə, yenə də rep. Bu dəfə Elşad Xose rep deyəcək Oksana hindiski oynayacaq. Çoxdandır bir-birindən ayrılmayan cütlüyü sən demə, birləşdirən də elə bu imiş. Camaatda ağzına, ağlına gələni danışır. Görün, nə qədər günaha batıblar. Amma türkün məsəli Elşad bu Oksananı da soyundurmaya. Çünki bu Elşadda bir idbarlıq var. Hansı qızla dostluq yapsa onu soyundurub, el-aləmə göstərir. İndi bəlkədə bunu zövqünə xalqın da qiymət verməsi üçün edir. Yəni “görün necədir?”. Əgər yadınıızdadırsa, o, öncə müğənni Elnarəni, sonra Röyanı “Elman” jurnalı üçün əməlli-başlı soyundurdu. İndi bunların lətifəsi Oksanadan uzaq.

2 комментария:

  1. Анонимный08.10.2011, 06:07

    oxudum cox xoshuma geldi,cox sert,aciq ve duz yazmisiniz butun senetciller haqqinda.sizin kimi jurnalistlere hemishe boyuk hormetim var.achiq ve net.bude beledi... cox teshekkurler.sizin bizler kimi oxuyuculariniz var,neyniyirsiz deryanin,aygunun,,, sizi saymasini.siz onlardan ustunsuz.bu beledi belede olub ve olacaq.

    ОтветитьУдалить
  2. Анонимный22.12.2011, 08:51

    ALLAH SAXLASIN DODAQINA SILIKON QOYAN KISILERDEV.AMMA EKRANA CIXIB KISILIKDEN DEM VURURLAR.YEN BUNLARIN HEC QOHUM AQREBELERI YOXDU?ozleri hec.

    ОтветитьУдалить