Vitoşun yeni proyekti: Camışların göz yaşı
Çəkmişəm həsrətini gör neçə qış-yay, gözəlim,
Saymışam, düz olubdur iyirmi il, ay gözəlim.
Salmışam zəhmətə çox sağ əlimi səndən ötru,
Sən də gəl etmə məni aləmə rüsvay, gözəlim.
Barlara çox baş vurub, hər yeri gəzdim, aradım,
Görmədim mövcud ola döşlərinə tay, gözəlim.
Qismətim olsa əgər, pulsuz təmas istəmərəm,
Çünki bu halda keçər hər dəqiqəm zay, gözəlim.
Mən səni dəvət edim, sən də bəzə məclisimi,
O lətafətdən ayır gəl mənə bir lay, gözəlim.
Güc verib dilə bu gün başını bişirə bilsəm,
Onda bil söyləmişəm körpəyə lay-lay, gözəlim.
Комментариев нет:
Отправить комментарий