Kişilik torpağı, yəhudilərin ala bilmədiyi Azərbaycanın sonuncu qalası Nardaranın ağsaqqalı Hacı Əliyə hökm oxunub. Bu barədə “Deyerler.org”a Nardaran ağsaqqalı Məşhədi Natiq Kərimov ətraflı məlumat verib. O, bildirib ki, bütün Nardaran camaatı bu hökmə etiraz edir: “Əvvəla biz Nardaran camaatı olaraq, Hacı Əlini tanıyan hər bir kəs, bildiririk ki, onun həbsi başdan-ayağa qurma, qeyri-qanunidir. Onun həbs olunmasından tutmuş, sonda məhkəmə qərarına kimi heç bir qanuna riayət edilməyib. Hacı tutulan zaman narkotiklərlə mübarizə idarəsinin 10-dan çox əməkdaşı düşüb onun üstünə, Hacı Əliyə qarşı təzyiqlər ediblər, nalayiq sözlər deyiblər. O, isə abırlı, namaz qılan insandır, Quran müəllimidir, 300-dən çox Quran tələbəsi olub. Ona görə də, o özü də məhkəmə vaxtı bildirdi ki, həbs olunan zaman təzyiqlər qarşısında özünü itirib. Ona qarşı ifadə verən şahidlərə, hətta hakim və prokuror da gülürdü. Ona qarşı ifadə verən şahidlərin hamısı ayaq üstündə güclə dayanan narkomanlar idi”.
Məşhədi Natiqin sözlərinə görə, Hacı Əliyə təzyiqlər göstərərək bu ittihamı onun boynuna qoyublar: “Ötən dəfə də olduğu kimi, indi də onu sıxışdırıblar, etmədiyi bir işi boynuna qoyublar və həmin ittiham sənədlərinə imza atmağa məcbur ediblər. Əvvəlcə onu qorxudublar ki, əgər bu ittihamları boynuna almasa, ona 12 il iş verəcəklər. Məhkəmədə isə, o bildirdi ki, onu bu ittihamları boynuna almağa məcbur ediblər. Lakin, məhkəmə onun bu iddiasını rədd etdi və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası oxundu”.
Natiq Kərimov həmçinin, Hacı Əlinin Nardaranda narkotik ticarəti ilə fəal mübarizə apardığını da diqqətə çatdırıb: “Hacı Əli Nardaranda narkotik dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizə aparanların önündə gedənlərdən biri idi. Dəfələrlə kəndin cavanlarını da başına yığıb onları bu işlərdən çəkindirirdi. Hacı Əli də daxil olmaqla Nardaranın ağsaqqallar şurası hüquq-mühafizə orqanlarına müraciətlər etmişlər. Neçə adamı şəxsən özü tərbiyə eləyib, ailəsi ilə məsləhətləşib müalicəyə göndərib. İndi necə ola bilər ki, həmin şəxsin özü narkotik istifadə etsin? Necə olur ki, onu hələ analiz etməmişdən qabaq qanında narkotik tapırlar? Hətta prokuror deyir ki, kağızlarda yazıldığı miqdara insanın qanında o zaman narkotik tapıla bilər ki, o daim narkotik istifadə edən olsun. Amma onun üstündə tapılan narkotik heç bədəninə daxil olmayıb. Amma kimdi buna qulaq asan?”
Nardaran ağsaqqalı vurğulayıb ki, onlar İslam dininin Nardaranda inkişafı üçün sonadək əllərindən gələni edəcəklər: “Biz Hacı Əliyə söz vermişik ki, onun gördüyü haqq işin dayanmasına imkan verməyəcəyik. Bilirsiniz ki, Hacı Nardaran divarlarına Quran ayələri, Peyğəmbərin (s) və Əhli-beytinin (ə) hədislərini yazırdı. Biz də indi ona söz vermişik ki, bu işini davam etdirəcəyik, kənd camaatı buradakı meydanları xeyli gözəlləşdirib və gözəlləşdirəcək”.
Комментариев нет:
Отправить комментарий