Hafiz Mirzə
mirzahafiz@mail.ru
Milli-mənəvi dəyərlərə heç önəm verməyənlər əcnəbilərdən hər şeyi götürə bilər
Dünya gör-götür dünyasıdır. Amma baxır nəyi. Hər bir insanın daxili ləyaqət süzgəci olduğu kimi bütövlükdə xalqların, millətlərin də bir belə süzgəci mövcuddur. Bu süzgəc hər şeyi qəbul etməyə imkan vermir... hətta cazibədar olsa belə. Milli mentalited və mənəvi dəyərlər elə süzgəc kimi bir şeydir. Milləti qoruyub saxlayan ən asas amillərdən biri də məhz budur. Bu süzgəc olmasa xalqlar öz fərdiliklərini qoruyub saxlaya bilməz, bir-birlərindən hər nə gəldi götürərək dəyişib, başqalaşar və əriyib itər. Amma bu həm də o demək deyil ki, xalqlar bir-birlərindən yaxşı nəsə götürməməlidirlər. Təbii ki, götürməlidirlər, amma baxır nəyin götürülməsinə!
Maddi-texniki baxımdan nə qədər faydalı olsa da təəssüflər olsun ki, son vaxtlar Qərbi Avropadan, ümumiyyətlə, xristian-qərb dünyasının mənəvi sferasından faydalı və götürülməli çox az şey tapmaq olar. Lakin təəssüflər olsun ki, bizim bir sıra yaradıcı təşkilatlarımız, xüsusən də elektron KİV və tele-kanallarımız elə məhz Qərbin əslində aşınma prosesini yaşayan mənəvi sferasına daha böyük diqqət yönəltməkdə, onların istifadə etdikləri forma və metodları həvəslə tədbiq etməkdədirlər. Bu cür mədəni oğurluqlar daha çox populyar tele-layihələrin təkrarlanmasında və hər cür qadın geyim dəblərinin tez mənimsənilməsində özünü göstərir. Adam bəzən müstəqillik dönəmində yaranan bu qədər KİV orqanına və özəl tele-kanal sayına görə əsla qürur duymur və fəxr etmir. Çünki hamısının ən üstün keyfiyyətlərini toplasan bir mükəmməl televiziya yaranmaz. Guya ki, bunlar ictimai şüurun müsbət aspektdə formalaşmasına faydalı nə verirlər ki!? Hər şeyi lağ-lağıya, əyləncəyə, şouya çeviriblər. Guya ki, bu cür ittihamlara daha çox cavab verməli olan televiziya "mütəxəssisləri" ATV-də toplanıb. Amma "Lider", "Speys" və ANS-də də "ittiham kürsüsünə" oturtmalı şəxslər daha çoxdur. Bu sahədə "pəhrizə" ən çox riayət edən isə Az.TV-dir. Ötən illərin birində klaviaturadan keçirtdiyim "AzTV və ÇoxTV" adlı yazıda Dövlət Televiziyası barəsində qeyd etdiyim haqlı ehtiramın yenə də arxasındayam.
Lakin çoxlarının həmişə ehtiramla yanaşdığı ilk müstəqil və özəl tele-kanalımız olan ANS barədə bu ehtiramın dayanıqlı qalmaması əslində heç də ürəyimcə deyil. Amma nə edəsən ki, ANS-in son illər təqdim etdiyi bəzi "oğurluq" Türkiyə tele-layihələri nə ona, nə də tamaşaçıya heç yaraşmır. ANS-in uğurlu tele-layihələri ("İç xəbər", "Salam, Azərbaycan!", "Xəbərçi", "Növbətçi", "Qulp", "Ağıl Dəryası", "Seans", "Gərək Qala", "Günə baxan", "Milli metr", "Zərif çərşənbə" və sair) az deyil, hər halda digərlərindən daha çoxdur. Ən azından bu tele-kanalda Mir Şahin, Orxan Fikrətoğlu, Sevil Nuriyeva və Mübariz Əsgərov kimi bacarıqlı jurnalistlər çalışır. Bunun müqabilində çox qüsurlu, ziddiyətli, dəyərsiz və ziyanlı tele-layihələrin də az olmaması adamı əməlli-başlı heyrətləndirir. Bunlardan biri də "Toy olsun!" verlişidir
Belə toy heç olmasa yaxşıdır!
ANS-in son vaxtlar geniş rezonans doğurmuş verlişlərindən biri də "Toy olsun" adlanır. İlk baxışda yaxşı səslənir. Kim istəyər ki, toy olmasın? Amma necə və nə təhər? Aparıcılar Elgizlə Ülviranın təqdimatında keçiriləcək toyu adam heç nemes əsirinə də arzulamaz. Bu cür ailə qurulmasını Lənkəran lotuları tam dəqiq və daha lakonik xarakterizə edərlər: cındırlıq!!!
Guya ki, özünə ər və ya arvad axtaran insanlara bu verliş vasitəsilə xeyirxah xidmət göstərilir; onların tanış olması üçün vasitəçilik edilir. Bunu "sutunyorluq" adlandıranlar səhv edir, buna heç "mama rozalıq" demək də doğru deyil. Amma nəsə onları xatırladan bir işdir. Əslində ailə qurmaq istəyənlər arasında vasitəçilik edilməsi heç də qəbahət sayılmaz. Ancaq bunu nümayişkəranə şəkildə, küy-kələylə, dilə-dişə salaraq, lağ-lağı ilə eləməzlər. Adətən yaşlı adamlar gecikmiş oğlanın evlənməsi üçün xeyirxah addım atmaq istəyər və bu zaman onun problemlərinin həll edilməsinə imkan daxilində kömək edərlər. "Gecikmə" isə müxtəlif səbəblərdən ola bilir: çox az bir qisim gənclərin başı elmə, təhsilə, orta bir qismin başı "Orsiyatda" alverə, rus "matişkalarına", böyük əksəriyyətin başı isə alverə, arvadbazlığa və digər oğraş-oğraş işlərə qarışdığı üçün ailə qurmaq yaddan çıxır, bir də görür ki, daha atı çapmır və daha evdə onun qulluğunda duran valideynləri yoxdur. Bu zaman ən əsas problemlərdən biri yubanmış oğlana münasib bir qızın təqdim edilməsi olur. Bu mərhələdə qadınların- bacı, bibi, xala, qonşu arvadın xidmətindən daha geniş istifadə olunur. Bu vasitə ilə münasib qız tez və düzgün tapılır. Qadınların gözü ailə məsələlərində sərrast olur. Özbaşına qız və ya oğlan ya halvaçı ilə rastlaşar, ya da zurnaçı ilə. İmkansız olana həm də toy edilməsi bir başa Cənnətə "putyovka"nı təmin edər inşaallah! Amma bütünlüklə bu proses kifayət qədər məxvi aparılar, kənar adamlardan gizli saxlanılar və açıb-ağardılmaz. Bunun məhz intim cəhəti məsələnin gizli saxlanılmasına rəvac verər.
Ən azı əks təqdirdə bu qeyri-ciddilik, dəmdəməkilik, ayıb və abırsızlıq olar. Bu missiyanı gənclər üçün onun ata-anası görər. Gənc üçün başqasının əl-ayağa düşməsinə pis baxarlar. Hətta öz qızını sırımaq ehtimalları da dilə gələr. Əksər cavan və hətta babat fərasəti olan oğlanlar belə evlənəcəyi tərəfi özü seçər, qıza isə bu seçimi dəyərləndirmək və ya imtina etmək düşər.Daha indiki kimi cavan qız və ya oğlanlar və ya qart kişilər TV ekranına çıxıb özünə nümayışkəranə şəkildə ər və ya arvad axtarmaz. Bunun bir adı var: rücvayçılıq! Bu cür rüsvayçılıqla toy olmasa yaxşıdır!
Azərbaycana sırıdılan qloballaşmış toylar
İndi bizim əsil Azərbaycan toyundan çox az əlamət qalır. Onu bu günə qoyan kimdir? Deməyək ki, elə özümüzük. Çünki özümüz olsaydıq, elə tarixən onu belə zəngin formalaşdırmazdıq. Və 70-ci illərdə Polşada keçirilən Dünyanın folklor festivalında Azərbaycanın "Şənlik" folklor mahnı və rəqs ansamblı "Azərbaycan toyu" kompozisiyasına görə "Qızıl balta" mükafatını ala bilməzdi! Bütün dünya üçün biz məhz o cür zəngin toy adət-ənənəsi olan bir xalq kimi maraqlı və dəyərli idik. Çünki onda başımızın üstündə bir baş vardı - Sovet hökuməti. Sovet hökuməti ilə biz bacarırdıq. Dini ayinlərimimizi keçirdir, hüzürlər vasitəsilə qoruyur, təbliğ edir, məsçidlərimizi orada kitabxana açaraq bərpa etdirir, milli adət ənənələrimizi folklor adı ilə saxlayır, muğam böyüklükdə möhtəşəm və sırf milli abidəmizi daha da ucaldır və öz simamızı tam saxlayırdıq. Hətta inkişaf da etdirirdik.
Amma müstəqillik qazandıqdan sonra sanki yağışdan çıxıb yağmura düşdük. Nöşün ki, indi daha başımızın üstündə bir baş yox, onlarca qüdrətli baş durur. İngilisə cavab verirsən, fransız dillənir, fransızın ağzını yumursan, alman qımışır, almanı (yeməli alma meyvəsi nəzərdə tutulmur-ha) mat eləyirsən skandinaviyalılar, onların qabağına tuz qoyursan amerikanlar, yunanlar, hollandlar, italiyalılar, hətta norveçlilər də işlərimizə müdaxilə edirlər. Mən hələ Yaxın və Orta şərqdəkiləri (İran, Səudiyyə, İsrail) demirəm. Hamısının öz maraqları var, onların qapısına eyni cür zərbə ilə qol vurmaq və ya hamısının zərbələrini dəf etmək olmur. Təkcə bizim öz Şərq tərəfimizdən hələ ki mənəvi ekspansiya yoxdur. Məncə bizim üçün ən təhlükəlisi... hətta xristian-qərb dünyasından da təhlükəli olan İsraildir. Daha doğrusu, "demokratiya" adlı oyunbazlıqdan sonra indi də bütün dünyanı qlobalizm ideyası ilə parçalayaraq öz ideyasına birləşdirən, zonbiləşdirən, heç bir milli və dini dəyəri qalmayan toplumlar birliyi qurub ona rahatca hakimlik etmək iddiasında olan anqlo-saks-yəhudi masondur! Ona qarşı mübarizə aparmaq isə çox çətindir. Hamılıqla aparsaq mümkündür. Amma hamılıqla aparmırıq axı. "Qrant" sözü eşidəndə bədənindən erotik duyğular axıb keçən elə soydaşlarımız var ki, özlərini idarə edə bilmirlər. Elələrinin nə vecinə milli-mənəvi dəyərlər!
Sifətlərinə birisi ittiham nallayanda da deyirlər ki, ağlın var sən də Sorosdan sovur, amma ailə dəyərlərini özün bildiyin kimi qoru. Amma qoruya bilmirlər! Sən yəhudiyə fırıldaq gələ bilməzsən! Buna görədir ki, Bakı toyları tamamilə milli simasını itirmək üzrədir. Bircə toyda "Qorka!" qışqırılması və gənclərin göz önündə öpüşməsi çatmır. Qalan hamısı qondarmadır; bəylə gəlinin birlikdə oturması, sağduş-solduşun ixtisarı, rəsmi nigahın elan edilməsi şərəfinə şampan şərabının süzülməsi, araq badəsi qaldıraraq Allahdan xeyir-dua arzulanması, zala "Vağzalı" deyil, "Mendelson" sədaları altında, duvaqsız və yarıçılpaq vəziyyətdə daxil olma, sonra da əcnəbi müsiqilər, rəqslər və sair. Bir neçə gün əvvəl dostumuz Təhməz Təhməzovun qızının toyu idi. Təhməz əsasən Bakıda yaşadığı üçün toyunu burada edə bilərdi. Amma o toyu Masallıda, doğma Çaxırlı kəndində, ata-baba yurdunda elədi. Həm də mağar toyu. Belə toya qəribsədiyi üçün Bakıdakı bütün dostları rayona şəxsən gəlmişdi. Hamı bu toydan həzz alırdı. Çünki bu toy bütün incəlikləri ilə tam milli adət-ənənə çərçivəsində keçirilirdi.
Bəs "Toy olsun" verlişində necə idi? Bu verlişə baxanlar bilir ki, burada ailə izdivacının təməli də qeyri-milli əsasda qoyulur. Bu təməl isə qızla oğlanın bir-birini sevməsindən ibarətdir. İllərlə eyni sinifdə, eyni kursda oxumuş, eyni məhəllədə, qonşuluqda yaşamış, eyni idarədə, təşkilatda çalışan gənclər bir-birlərini tam tanıya bilmirsə, ər və ya arvad tapmaq arzusu ilə "Toy olsun" verlişinə gəlmiş oğlan və ya qızlar, qart kişi və ya nimdaş arvadlar əks cinsin təkcə səsini eşitməklə onu necə tanıya və sevə bilər? Bu qayda ilə qurulacaq ailənin aqibəti necə olacaq? Ümumiyyətlə, bu cür izdivacdan əsil ailə yarana bilərmi? Əksəriyyəti də boşanmış və ya atılmış gənclər və ya heç vaxt "zavadskoy" ərdə olmamış qadınlar. Özümə zor gəlib bu verlişin bir neçə buraxılışına baxası oldum. Buna sərf olunan vaxtı Allah ömrümdən saymasın! 6 il ailəli olmuş, 29 yaşlı Anarın 1 oğlu var. O efirə çıxıb almağa özünə arvad axtarır.Taleh adlı birisi də bu cür "kulturnı" qul alışına gəlib. Tamaşaçı qızlardan biri onu bəyənir, zəng vurub, anasının da onu seçdiyini deyir və "alış-veriş" üçün gəlməyi qərara aldıqlarını bildirir. Lalə Murtuzayeva namaz qılandır, açıq-saçıq geyinməyi xoşlamır, çəkisi də cəmi 50 kq-dır. Bu "mömin" qız özünə efirdə və bütün xalqın diqqəti önündə ər axtarışını da yəqin ki, ibadətdən hesab edir. Amma onun əks tərəfin çəkisi ilə maraqlanması xoş və ədəbli düşüncələr yaratmır. Sənəti bərbər olan bir subay oğlan vicdanlı, müsəlman, ancaq sarışın qız axtarır. Beləsini necə ağlı başında olan kəs hesab edəsən? Sərsəmləri 2 saatlıq canlı verlişə buraxmaq nə qədər doğrudur? Zəng vuranların bir qismi bu cür oğlanlarla məzələnir. Bir müəllim işlədiyi məktəbdə müəllimələr arasında özünə bab birisini tapa bilməyib, bu verlişə gəlir. Onun bəxtəvər şagirdləri sabah öz müəllimlərinin TV-ə çıxdığını deyib fəxr edəcək, bəlkə onlar da onun üçün arvad axtarışına çıxacaqlar. Üzündə möminlərə xas saqqal saxlayan Sərxan adlı birisi isə (bu onun görüntüsünə hesablanıb ki, guya bu verlişə hər cür adamlar müraciət edir) evi olan qadın axtarır. Yəni bəy-əfəndi "gəlin köçmək" istəyindədir.
51 yaşlı Mirzə dayı isə yataqxanada qalır, amma müftə arvad tapmaq fikrindən də vaz keçmir. Yaşı 50-ni qıdıqlayan, bəlkə də bu yaşa qapaz vurub keçmiş bir nənə isə özünə ər axtarır. Fərasətsiz nəvələrin nənəsi üçün görünür başqa seçim qalmayıbmış. Kişinin qızının canı suludur və ər istəyir! Burada çox şeyin qondarma və düzəltmə olduğunu asanca hiss edirsən. Elə bir-birlərinə yersiz qısılan, qoluna girən, bir-birlərinə guya ki, ərklə irad tutan, sözünü kəsən aparıcıların münasibəti və bir kənarda vaxtsız-vədəsiz oxuyan-çalanlar da sünilik və qondarmaçılıq yayırlar. Nə yaxşı ki, bütün bunlar tam təbii deyil. Yoxsa millətin bu vəziyyətinə baxıb, adamın ürəyindən milli toylarımızın gələcəyi üçün indidən "Əl-Fatehə" surəsini oxumaq istəyi keçə bilər.
Комментариев нет:
Отправить комментарий