Страницы

16.01.2011

“Böyük İsrail” layihəsi sona çatmışdır

Fələstinin baş naziri sionistlərin Qəzzaya silah və sursatların daxil edilməsinin qarşısını almaqlarına işarə edərək, demişdir: “Bu gün Fələstinin müqaviməti 22 günlük müharibədən daha güclüdür”.

islamtimes.org saytı xəbər verir ki, Fələstinin Baş naziri İsmayıl Həniyə İordaniyadan gələn karvan ilə görüşü zamanı demişdir: “HƏMAS heç bir zaman qəbul etməz ki, düşmənlərin təbliğatıl ilə qonşu ölkələr təhlükəyə düşsünlər. Həmişə bu məsələnin qarşısında mətanət göstərilmişdir. Baxmayaraq ki, Fələstinin işğalçıları Qəzzaya silah və sursatın daxil edilməsinə mane olur, ancaq bu gün Fələstinin müqaviməti 22 günlük müharibədən güclüdür. “Böyük İsrail” layihəsi sona çatmışdır. Bu gün dünya işğalçı rejimin vəhşiliyinə zərrə qədər də şübhə etmir. HƏMAS heç bir zaman Fələstinin milli üsullarından o cümlədən müqavimətdən, qaçqınların qaytarılmasına dair haqların tələb edilməsindən əl çəkməyəcəkdir.”
O, sonda Fələstin ilə İordaniya xalqının tarixi və coğrafi rabitələrinə işarə edərək, Fələstini, xüsusilə də Qəzzanı himayə etdiyinə görə onlara təşəkkür etmişdir.

Комментариев нет:

Отправить комментарий