Страницы

10.01.2011

NİTSŞENİ DÜŞÜNƏRKƏN

Qasid Nağıoğlu 



Ağlımı güllələdilər,

qan sızmadı,

ürək düşdü yerə,

içində

dəymiş güllələr

göyərirdi.



Çarmıxa çəkildi

fikirlərim.

Qərib oldum,

ürəyimin qübarı

qocaldı.



Nə günəş var

nə də ay,

dostum, o, bir üzü ağ,

bir üzü qara almadır.

Bəxtindir, düşübdür sənə.



Ölüm soruşdu:

-Kimsən?

-Həbs olunmuş ruh!

-Bəs bu qandal nədir?

-Azadlığımı dadmaq üçün!



Açılan güllər solmadı

yuxularımın dəfninə.

Ömürlə sirdaş olmağa,

bir də qocalmağa

qalmadı vaxtımız…



Gecə yazılarıdır

yuxularım
Heç kim oxuya bilmir

Комментариев нет:

Отправить комментарий