Страницы

10.01.2011

Rejim dindarları həbs edir

                  Məhkəmənin Hacı Zülfüqarla bağlı qərarı 

Xəbər verildiyi kimi, Azərbaycanın tanınmış ruhanisi, Quran hafizi ilahiyyatçı Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə dünən axşam Abşeron rayonu Polis İdarəsinə aparılıb. Daha sonra isə o, bu gün Abşeron rayonu Məhkəməsi qarşısına çıxarılıb.

İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, artıq Hacı Zülfüqar barəsində Məhkəmənin qərarı bəllidir.

Quran hafizi ilahiyyatçı Höccətülislam vəl musliminə qarşı İnzibatı Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb.

Hacı Zülfüqar Mikayılzadə 5 sutka həbsə məhkum edilib.

Комментариев нет:

Отправить комментарий