Страницы

10.01.2011

Qəzzalı körpələrin fizioloji cəhətdən qeyri-adi hala düşməsi həkimləri şoka sald

Deyerler.org: Livanda yerləşən Qəzzanın mühasirəsinin aradan qaldırılmasında marağı olan həkimlər assosiasiyası bildirib ki, 2008-ci ildə İsrail rejiminin Qəzzanın kütləvi bombardmanı zamanı beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadəsi Qəzzalı körpələrin eybəcər hala düşməsinə səbəb olmuşdur. (abna)
Həkimlər Qəzzanın tibbi vəziyyətini qiymətləndirmək üçün ora getmiş və bölgədən qayıtdıqdan sonra Beyrutda keçirdikləri mətbuat konfransında bildirmişlər ki, bölgədə ağ fosforlu, tərkibində uran olan, yandırıcı və digər qadağan olunmuş bombaların istifadəsi nəticəsində Qəzzada uşaqların fizioloji cəhətdən qeyri-adi hala düşmələri adi hal almışdır. Onlar, həmçinin qeyd etmişlər ki, bölgədə ciddi dərman çatışmazlığı var.

Комментариев нет:

Отправить комментарий