Страницы

31.01.2011

Terror tətiyi harada çəkilib?

İranın şəhid Behişti universitetinin iki professorunun terroru elə bir şəraitdə baş verir ki, İslam Respublikası böyük təmkinlə 88-ci ilin fitnəsini nəzarət altına almış, ölkə daxilində, məntəqədə və beynəlmiləl səhnədə böyük müvəffəqiyyət qazanmışdır. 

Ötən 6 ayda orta şərq regionu Bağdadda İrana meyilli bir dövlətin formalaşmasına şahid olub. Hansı ki, ABŞ Tehrana dost bir ölkənin yaranmaması üçün böyük təlaşlar göstərmişdir. Ağ ev açıq-aşkar İraqda dəyişikliklərin zəruriliyindən danışırdı. İranın regionda digər bir müvəffəqiyyəti Əfqanıstanda parlamentə ikinci mərhələ seçkilərlə bağlıdır.

Əfqanıstanda seçkilərdə parlamentdəki yerlərin 60 %-ə yaxını şimal cəbhəsinin ixtiyarına keçmişdir. Bu cəbhə taciklərdən, şiələrdən və özbəklərdən ibarətdir. Hansı ki, ötən parlament seçkilərində bu qrup səslərin heç yarısına da sahib ola bilməmişdi. Puştular Kərzaya tərəfdar və müxalif olmaqla iki qrupa bölünmüşlər. Hazırda onların 80 % əksəriyyəti İranın regiondakı siyasətlərini dəstəkləyir.

İranın başqa bir müvəffəqiyyəti Livanla bağlıdır. Ötən 6 ayda Amerika beynəlxalq məhkəməyə təzyiqlərlə 2004-ci ildə bir terror hadisəsində qətlə yetirilmiş Livanın baş naziri Həririnin işini öz xeyrinə həll etməyə çalışmışdır. Onlar bu qətl hadisəsində Hizbullahı təqsirli saymaqla onun ölkədəki nüfuzuna zərbə vurmaq istəmiş, Livan daxilində təfriqə yaratmaqla sabitliyi pozmağa çalışmışlar. Livan hökumətinin səyləri, Hizbullahın oyaqlığı və İranın təlaşları sayəsində Amerikanın bu məkrli planı alt-üst olmuşdur.

Həririnin terrorunda sionist rejimin rolunun sübuta yetməsi ilə beynəlxalq məhkəmənin Hizbullaha yönəli ittihamları puça çıxmışdır. Təzyiq altında olan məhkəmə öz qərarını aylarla təxirə salmışdır.

İran İslam Respublikasının prezidentinin Livana və Həririnin İrana əhəmiyyətli səfərləri göstərir ki, Müqavimət Hərəkatı vəziyyətə tam nəzarət edir. Bu arada Səudiyyə Ərəbistanı hökumətindəki böhranlar, Məlik Abdullahın Beyruta səfəri ilə bağlı uğursuzluq bir daha sübuta yetirir ki, beynəlxalq məhkəmənin hökmündən öncəki layihələr fiaskoya uğrayıb.

Bir tərəfdən İran daxilindəki fitnəkarlığın sona çatması, bu cərəyana rəhbərlik edənlərin öz mövqeyində tərəddüdü xarici qüvvələri də süstləşdirdi. İran hökumət başçıları xarici dövlətlər və beynəlxalq təşkilatlarla apardıqları danışıqlarda ortaya qoydular ki, dövlət ölkəyə tam nəzarət edir və hansısa qeyri-sabitlikdən danışmağa dəyməz. Bu elə bir vaxtda baş verir ki, ABŞ, Avropa ölkələri və İsrail İrana qarşı sanksiyaları gücləndirməyə cəhd göstərirlər. Onlar özləri də bu yolun heç bir nəticə verməyəcəyinə əmindirlər.

Beləcə Tehranda növbəti fitnəkarlıq, teror hadisələri törədildi. Bu işi görmək üçün böyük bir hazırlığa ehtiyac yox idi, Amma onlar əvvəlcədən təbliğata hazırlaşırdılar. İki universitet professorunun avtomobillərinə partladıcı qurğu bərkidilməsi çətin iş deyildi. Tehranın şimal prospektlərində bir terroristin kiçik bir qutunu hərəkətdə olan avtomobilə yapışdıraraq aradan çıxması əməliyyat hazırlığı tələb etmir. Əlbəttə ki, psixoloji baxımdan bu hadisələr sarsıdıcıdır. Amma əslində ölkədəki sabitliklə əlaqəsi olmayan bu hadisələrin xarici mətbuatda birinci yerdə işıqlandırılması və “İranda seçkilərdən 18 ay sonra daxili vəziyyət nəzarətdən çıxıb” deyilməsi qeyri-ciddidir. Bu cılız hadisələr ölkədəki sabitliyi dəyərləndirmək üçün meyar ola bilməz. İran dünya mətbuatının və xarici təşkilatların etiraf etdiyi kimi orta şərq və dünyada aparıcı rol oynayır.

Azər ayının 8-də İranla 5+1 qrupu arasında danışıqlardan cəmi 6 gün əvvəl belə bir hadisənin baş verməsi düşündürücüdür. Bu danışıqlar 15 ay fasilədən sonra davam etdirilməlidir. Ötən il Tehranda iğtişaşlardan öncə təxirə salınan müzakirələrin aradınca Amerika və onun müttəfiqləri öz düşmən mövqelərini ortaya qoydular. Bu hadisələrdən bəhrələnmək məqsədində olan 5+1 İran dövlətindən imtiyazlar qoparacağına ümid edir. Amma başda doktor Səid Cəlili olmaqla İran müzakirə qrupu heç bir güzəştə getmədi.

İsveçdə İranın 5+1 qrupu ilə danışıqları başlamalıdır. Qərb yaxşı bilir ki, bu ilki danışıqlarda onun mövqeləri zəifləyib. İranın Livan, İraq və Əfqanıstanda təsir mexanizmlərinin artması, böyük rəhbərlik məqamının ölkə daxilindəki nüfuzu, onun müqəddəs Qum şəhərində misilsiz istiqbalı qarşı tərəfi düşünməyə vadar edir.

Bütün bunlar elə bir zamanda baş verir ki, qərb ölkələri daxildən ciddi maliyyə böhranı yaşayır və siyasi gərginliklə üzbəüzdür. İş bir həddə çatıb ki, Lissabon sammitində ötən 60 ildə təslim olmaq istəməyən qərb öz hərbi qüvvələrini Əfqanıstandan çıxarmaqla razılaşıb.

Əlbəttə ki, Tehranda baş vermiş terror hadisəsi bir daha təkrarlanmamalıdır. Amma bu hadisənin 5 gün sonrakı İsveç danışıqları ilə əlaqəli olduğu düşünülür. Elə bir şərait yaradılır ki, müzakirələr zamanı İran qərb ölkələrinin Əfqanıstan və İraqdakı uğursuzluqlarını gözə çəkə bilməsin. İranın danışıqlara inam və arxayınçılıqla girməsi qarşı tərəf üçün dözülməzdir.

Tehrandakı terrorun tətiyi İsveçdə çəkilib. Bu terror hadisəsinin arxasında nəinki hansısa qrupa bağlı bir neçə nəfər, hətta NATO və 5+1 formatında qərb başçıları dayanır. Bu səbəbdən də İranla qərb arasındakı danışıqlarda bu hadisə ilk müzakirə mövzusu olmalıdır. Belə görünür ki, Amerika, Fransa və İngiltərə izi itirmək üçün bu terror hadisəsini məhkum edəcəklər. Hansı ki, onların işğal etdikləri ərazilərdə terroru dəstəkləməsi göz qabağındadır. Onların terrora qarşı ittihamları riyakarlıqdır və heç vəchlə qəbul edilə bilməz.


Sədullah Zarei                              islamtimes.org

Комментариев нет:

Отправить комментарий